+++++++Baharımı Geri Ver Mənə

+++++++Baharımı Geri Ver Mənə
Sevgi Dünyası
10.09.2017 34
Gecəyə yumdum gözlərimi,
Qaranlıqda buraxdın bütün acı dolu izlərimi,
Gecəyə yumdum gözlərimi,
Sahibsiz idi mənim sevgim,
Və çarəsizdim gecələri.

Həsrətin mənə çatdığından bəri,
Bir mən bilərəm hıçqırıq seli olan gecələri,
Əllərin toxunsaydı qəm dəyməyən könülümə,
Gedişin bu qədər ağrıtmazdı canımı bəlkə də.

Bura çox soyuq sənsiz,
Üşüyürəm yazın tam ortasında,
Yarpaqlarım vaxtsız töküldü,
Və ax enməz dediyim saçlarım qədərinə küsdü,
Bir söhbət quşum vardı,
Otaq təklikdən öldü.

Gecəyə yumdum gözlərimi,
Hər şeyi geridə buraxdım,
Səni və bütün sevmələri,
Artıq eşq uğramırdı mənim sevda dayanacağıma,
Sevgililər əl-ələ keçmirdi qapımın qarşısından,
Hansı yana baxsam ayrılıq vardı,
Sənsizlik sol yanımda açmayan qönçəm idi.

Xoşbəxtlik səndən sonra heç qapımı döymədi,
Gözlərəm isə zemheri,
Ürəyimdə fırtınalar heç dayanmadı.
Çaxdı ha şimşəklər qopdu fırtına,
Bir mən islandım yerlə göyün iki arasında,
Gələcəm  demişdin gəlmədin,
Al bütün mövsümləri sənin olsun,
Bura çox soyuq,
Baharımı geri ver mənə.

Tərcümə etdi: PRETTY_GİRL

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!