+++++++++++++Susacam artıq.....

+++++++++++++Susacam artıq.....
Sevgi Dünyası
10.09.2017 20
 


                             Boğazıma qədər yığıldım artıq. Yalan vədlərdən yalan sevgi sözlərindən
   üzümə gülərək yalan vədlər verən insanlardan verdiyi sözün arxasında dura bilməyənlərdən bezdim. Bundan sonra nə olacaqsa olsun artıq. Heçnəyin dərdində deyiləm. Ölüm belə adiləşib mənim üçün. Eyni hissləri insan nə qədər yaşayar? Eyni acını insan nə qədər danışar? Məndə insanam axı məgər mənim təmiz sevgiyə sahib olmaq haqqım yoxdur?...Bəzən bütün həyatım bir kino kimi keçir gözümün önündən sıxılıram. Bəzəndə heç bir sey olmamış kimi baş götürüb getmək istəyirəm kimsənin məni görə bilməyəcəyi yerə. Sanki hər seydən hər kəsdən uzaq olsam rahat olacaqmış kimi gəlir mənə. Bəzən ürəyimin yerində bir daş olduğunu düşünürəm "Bu Mənəm?" deyirəm. Halbuki birinin dərdi olanda onu ovuduram dərdinə ortaq olan Üzünün güldürəyə çalışan "Mən"indi özümü ovudurmağa gücüm çatmır. Artıq heç kimin bir kəlmə söz deməsini belə istəmirəm. Çünki heç bir mənası yoxdur. Mənim üçün həyat necə başladısa elədə davam edəcək bunu bilirəm. İstəsəmdə dəyişdirə bilmərəm. Əlimdə deyil. Olurda bir gün həyata tam başqa maraqla tam başqa gözlə baxmağıma səbəb olacaq biri çıxarsa qarşıma o zaman bəlkə mənim üçün də Həyat dəyişər.
Nə istədim ki mən həyatdan? Sadəcə təmiz sevgi və təmiz vicdanlı insanlar düzgün vədlər. Məgər yalnış bir seylərmi istəmişəm? Məyər çoxmu sey istədim? Niyə insanın özü kimisi olmur? Niyə hər seyin düzünü gözləyərkən yalanla üzləşirsən? Bax bu sualların cavabını tapanda həyatda dəyişiləcək mənim üçün. Bu sualların cavabıda çoox çətin tapılar. Ona görədə "Mənim üçün həyat necə başladısa elə də davam edəcək" deyirəm Amma nə etsəm də nə düşünsəm də tək bildiyim həyat davam edir. Bütün bu çatışmazlıqları qəbul etsəm də həyat öz axrındadır!

                                            Bu gündən üzümdə nə xoş təbəssüm
                                            Nə də sevinc fərəh olmayacaqdır
                                            Məni kölgə kimi güdəcək həsrət
                                            Vüsaldan əlamət qalmayacaqdır........
                                                                                             SON.........скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!