++++++++Ayrılıqdan Sonra.

++++++++Ayrılıqdan Sonra.
Sevgi Dünyası
10.09.2017 22
Səni düşünməz deyiləm
Ağılımdasan ən gərəksiz zamanlarda hətta
Keçən zaman unutdurmur səni
Əksinə keçdikcə günlər anlayırsan bir şeyi
Mənasız bir gülüş, təbəssümsən üzümdə
Nə gülüşə bənzəyirsən, nə də ağlamaya
Qəribə zamanlarda girirsən içimə
Səbəbsiz fırtınasan yaz mövsümümdə
İçimdən çox sözlər keçər sənə dair
Gülüşünü darıxar, səsinə həsrət qalaram bəzən
Bir şey var bilməm fərqindəsənmi?
Adam kimi ayrılmağı belə bacara bilmədik
Bir şeir kimi yazdıq amma sonunu gətirə bilmədik
Son bir söz qaldı şeirə, bir tək söz bəlkə
Tapmağa çalışıram o sözü yoxluğunda belə
Nə cəsarətim var səninlə olmağa nə də istəyim
Mən sənin bildiyin məni itirdim
İzah edilməz bir duyğu, naməlum bir boşluq
Hiss etməsəm belə olarmı bu qədər zamandan sonra
Söyləməm lazım olanlar bunlar deyil fərqindəyəm
O qədər boş ki mən belə heyrətlənirəm özümə
Danışsam deyirəm, axtarsam, bir mesaj bəlkə
İçimdən keçənləri bir-bir saysam deyirəm
Dinlərsən əminim taxmasansa belə
İçin ağrıyar, kədərlənərsən bəlkə
Et deyirəm, çəkinmə, utanma
Bir dəfə gəlirik həyata
Sonra gerçəklə üzləşirəm
Və deyiləcək tək bir söz, söz tapa bilmirəm
Bunu anladığım gündən bəri
İmtina etdim, düşünmürəm
İstəsəm də olmur, boş gəlir
Yerinə birini qoya bilmədiyimdən deyil
Səni sevdiyim kimi kimsəni sevməməyə and içdim
Sözümü tuturam
Artıq səni düşünmürəm.

Tərcümə etdi:
PRETTY_GİRL
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!