++++++++++Ulduzlar Ağlayacaq...

++++++++++Ulduzlar Ağlayacaq...
Sevgi Dünyası
10.09.2017 11
Sən olmazsan susacaq Kainat
Ulduzlar ağlayacaq sevgilər yox olacaq

Çiçəklər açmayacaq
Budaq yaşıllaşmayacaq
Günəş doğulmayacaq bir daha
Salxım saçaq ağlayacaq buludlar

Sən olmazsansa susacaq Kainat
Ulduzlar ağlayacaq sevgilər yox olacaq

Çaylar axmayacaq
Quşlar ötməyəcək
Çəmənlər bitməyəcək bir daha
Dönməyəcək dayanacaq Dünya

Sən olmazsansa susacaq Kainat
Ulduzlar ağlayacaq sevgilər yox olacaq

Sevda türküləri birdən susacaq
Ürəklərə bir köz bir od düşəcək
Ceyranlar su içməyəcək bir daha
Suya gəlib ağlayacaq

Sən olmazsansa susacaq Kainat
Ulduzlar ağlayacaq sevgilər yox olacaq

Bir sevda türküsü söyləyəcək balıqlar
Mən dayanıb ağlayacağam təkliyimə
Qağayılar uçmayacaq bir daha
Dəniz dalğaları dayanacaq

Sən olmazsansa susacaq Kainat
Ulduzlar ağlayacaq sevgilər yox olacaq

Göz bəbəklərim dənizlərə düşəcək
Ağlayacaq barmaq uclarım gün boyu
Əllərim üşüyəcək bir daha
Bilərəm ki məzarım ürəyində olacaq

Sən olmazsansa susacaq kainat
Ulduzlar ağlayacaq sevgilər yox olacaq

Bir gün bitəcək bu sevda türküləri
Ürəyimin bir tərəfi qan
Bir tərəfi su olacaq bir daha
Ağlayacaq yağış buludları

Sən olmazsansa susacaq Kainat
Ulduzlar ağlayacaq sevgilər yox olacaq

Ay qaralacaq Günəş dayanacaq
Bilirəm başıma daş yağacaq
Cücərməyəcək torpaq bir daha
Yanvar ayı dayanıb düşünüb ağlayacaq.

Sən olmazsansa susacaq Kainat
Ulduzlar ağlayacaq sevgilər yox olacaq.


Tərcümə etdi: PRETTY_GİRL
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!