"Balacam"

Sevgi Dünyası
10.09.2017 8
Eyni məhəllədə yaşıyırdıq. Hər gün bir qızla gəlirdi evə. Adını
heç kim bilmirdi. Hamı onun haqqında müxtəlif şeylər danışardı, ancaq heç kim,
kim oldugunu bilməzdi. Yaşıl gözlü, əsmər bir oğlan idi.
Məhəllənin bütün qızları ona heyran idi. Mən isə nifrət
edirdim ona. Heç kimlə danışmazdı. Sadəcə, günün bəzi vaxtlarında gəlib keçərdi
məhəllədən. Bir gün onunla yolda qarşılaşdıq. Çox gözəl bir çöhrəsi var idi. Mənə
gülümsədi. Təəccübləndim. Amma yənə də nifrət edirdim ona. Çox fərqli bir
insan idi. Bütün gəcə otağıinın işıqları yanardı. Yatmaq yerinə bütün gecə onun
evini seyr edərdim. Ondan xoşum gəlməsə də, artıq hər şeyi ilə maraqlanırdım.
Bir gün başa düşdüm ki, indiyə qədər özümü aldatmışam. Ona qarşı hiss etdiyim
şey sevgi imiş.
O gündən sonra o evə gəlməmiş yata bilmirdim.Yanında gətirdiyi
qızları qısqanırdım. Hamı onun pis insan olduğunu söyləsə də, mən həmişə onu
müdafiə edirdim. Onunla qarşılaşmaq üçün bütün günümü qapı önündə keçirirdim. Bir
gün yenə onu gördüm. Mənə göz vurdu.Yanımdan ötəndə onu çağırdım, amma " İşim var
balacam" 
-deyib uzaqlaşdı. Mənə " balacam " demişdi.Yəni
aramızdakı yaş fərqini xatirlatmışdı mənə. Evə gedib bütün günü ağladım. Amma qərarımı
vermişdim. Ona eşqimi elan edəcəkdim. Onu sevdiyimi söyləməli idim ona!!! Bir
gün yenə qapı önündə dayanıb yolunu gözləyirdim. Gəldiyini görəndə mən də
arxasınca getdim. Evinə girdi. Bir az gözlədikdən sonra qapını
döydüm. Qapını açdı, "Nə lazımdır,balacam ?"- dedi. "Səni səvirəm"
- dedim. Üzümə baxıb astaca gülümsədi, "Həə" -dedi yavaşca ."Nə hə ?" - deyə sual verdim, heç nə demədi. Qaçaraq evinden çıxdım,
otağıma girib bir ay heç yere çıxmadım. Bir gün qızlarla söhbət edərkən onun
evinə təcili yardım maşını gəldi. Onu evindən çıxarıb təcili yardım maşınına
apardılar. Hamı diqqətlə ona baxırdı. Onu yanımızdan keçirəndə yavaşca gözünü
açdı, mənə baxdı və " Mən də səni ,balacam. "- dedi ve gözlərini
yumdu. Qıpqırmızı olmuşdum. Hamı mənə baxırdı. Ağlayaraq qaçmağa başladım. Axşama
qədər evə getmədim. Bütün günü ağlayayaraq küçələri gəzdim. Axşam evə gəldim. Anamgil
ondan danışırdılar. Sevdiyi bir qiz varmış bir vaxtlar. Ailəsi onunla evlənməsinə icazə vərmədiyi üçün qız evdən
qaçıb. Küçədə tək-tənha gəzərkən küçə avaraları onu tutub öldürürlər. O günden
sonra cavan oğlan küçədə nə qədər evsiz-eşiksiz qızlar görsə, evə gətirirmiş. Bu günə qədər hansı qıza könül verib sevibsə, hamısı ölüb. Son vaxtlarda da
bir qızı dünyalar qədər sevirmiş. Ona görə də özünə qəsd edib, sonra xəstəxanaya
zeng edib. Polislər evin divarlarında "Balacam" yazılarını
tapıblar. " Balacam, sən də ölmə !!! " yazılıbmış bütün divarlara Balacam, mən də səni sevdim,çox sevdim. Başqaları
kimi sən də ölmə deyə mən öldüm. Əlvida, balacam !..
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!