++++++++Yalnız Sevməyi Bacara bildim

++++++++Yalnız Sevməyi Bacara bildim
Sevgi Dünyası
10.09.2017 5

 


Həyatda yalnız sevməyi bacara bildim mən.



Şərtsizcə, sonunu düşünmədən bağlanmağı bildim yalnız.



Qovuşmaq, sevilmək kimi sözlər uzaq gəlir mənə.



Bacarıqsız olmuşam həmişə qovuşmaq və sevilməkdə.



Bir də gözləməkdə üzərimə yoxdur.



Gəlməyəcəyini bilə-bilə qeyri-mümkün gözləyişlərə həsr etmişliyim vardır özümü.



Olmayacaq nə varsa, gedər onu taparam həmişə.



Harada qeyri-mümkün, dibsiz bir sevda varsa gedər təyin edərəm özümü içinə.



Sevməyi bilərəm mən yalnız.



Ən yaxşı etdiyim şeydir.



Unutmaqda da bacarıqsızam.



Kim bilər, kimlərin həyatından adım belə silinmişkən,



Mən həyatıma girənləri unuda bilmədim.



Həyatıma girən hər kəs, həmişə bir parça götürdü gedərkən məndən.



Azaldım gedərək, parçalara ayrıldım.



Sevməyi bilərəm mən yalnız.



Bu üzdəndir bəlkə tərk edilişim, belə təkliyə məhkum edilişim.



Çünki sevgi qarın doyurmur ya çatmır bəzən sevmək.



Əskik qalır, həmişə çoxunu istəyir insanlar.



Halbuki sevgi ən gözəl xəzinə deyilmi dünyada kı?



Sevmək, sevilmək qədər gözəl nə var ki dünyada?



Sevməyi çox yaxşı bilər ürəyim.



Sevməkdən yorğun düşmüş olsa da bəzən sevilməkdə istər hər ürək.



Bəziləri üçün xüsusi olduğunu bilmək,



Səhər qalxdığına günahsız bir sabahınız xeyir mesajı görməyi istər.



Amma gəl gör ki sevməyi bilən bu ürək.



Sevilməkdə isə həmişə qeyri-kafi qalır. 



Sevməyi bilərəm mən yalnız.



Sevdiyinə yatağında yer ayıranlara inad,



Ürəyimin ən gizli, ən xüsusi küncündə, köşklərdə ağlamağı bilərəm yalnız.



İlk öpüşünün necə olacağını düşünənlərə inad,



Bunu düşünməyi belə eşqə xəyanət sayaram mən.



Sevməyi bilərəm mən yalnız.



Buna görə həmişə mən itirərəm.



İtirsəm də sevməyə davam edərəm.



Deyirəm ya işdə,



Sevməyi bilərəm mən yalnız,



Yoxdur başqa işim.



İşim, gücüm sevməkdir mənim.








Tərcümə etdi: Günay Əliyeva                                     



 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!