Diqqət! Eşq Tələlərinə Düşməyin

Diqqət! Eşq Tələlərinə Düşməyin
Sevgi Dünyası
10.09.2017 12
Ev İstehsalı Yeməklər: Xüsusi olaraq seçərək romantik bir yemək hazırladınız yoldaşınıza. Şamlar daxil hər şey tamam. Təbii ki fərqinə varmasını gözləyirsiniz

o qədər əmək verdikdən sonra. Çox təəssüf ki belə bir sürprizlə qarşılaşan kişilər, quru bir təşəkkürdən sonra, dərhal yeməyə dalayarlar. Bu davranış əslində son dərəcə normal, jestiniz üçün önünüzdə diz çökməsini gözləyə bilməzsiniz. Diz çökmədiyi üçün də onu nankorluqla günahlandıra bilməzsiniz.

Əvvəlcə jestinizi təqdir etmədiyini düşünməyin. Sizin sevgiliniz də tipik bir kişi və o hazırlıqları etmək üçün nə qədər zaman xərclədiyinizi bilə bilməz. Sizdən əsla istəmədiyi bir şey üçün sizə minnətdar olmasını gözləyə bilməzsiniz. Candan bir təşəkkürlə kifayətlənin və yeməklərinizi zövqlə yediyini seyr etməkdən kef alın.

Süni İl dönümləri


Əlaqənizdə çox xoşbəxtsizsə bəzi günlərə necə gəldi mənalar yükləyərək, bunları qeyd edərkən sevgilinizin də sizin qədər həyəcanlı olmasını gözləyərsiniz.

Sevgilinizin hər şeyi xatırlaya bilməməsinə alınmayın: Tarixləri əzbərləmə mövzusunda kişilər çox müvəffəqiyyətli deyildirlər. Ad gününüzü və ya evlilik ildönümünüzü xatırlasa bunu kafi hörmətli və əhəmiyyətli əhəmiyyətsiz digər ildönümləri üçün eyni diqqəti gözləməyin. İlk öpüşdüyünüz günü xatırlamanız onu xoşbəxt etsə də bunun ildönümünü qeyd etməsini gözləməyin. Qadınlar üçün ildönümləri əlaqənin möhkəmliyini göstərən bir ipucudur ancaq kişilər bunu bu şəkildə qiymətləndirməzlər.

Axşam Yeməkləri


Günlər əvvəlindən sevgilinizlə çölə çıxma planları edərkən istər istəməz bir pəri nağılı gecəsi yaşamağı gözləyərsiniz. Şkafınızdakı ən intimual paltarı geyərsiniz, sevgilinizdən avtomobilin qapısını sizin üçün açmasını və masaya oturmadan əvvəl və qalxdıqdan sonra kürsünüzü çəkməsini ümid edərsiniz. Gerçək həyatda bu şəkildə davranan kişilər çox azdır və sevgilinizin bir kavaler kimi davranmaması sizi çox üzməməli.

Sevgilinizin sıravi davranışlarının sizi üzməməsi üçün, başınızda o gecəylə əlaqədar şişirdilmiş ssenarilər yazmayın. Nə etməsi lazım olduğunu, necə davranmasını istədiyinizi günlər əvvəldən hazırlamayın. Onun təbii olmasına, içindən gəldiyi kimi davranmasına icazə verin. Ona qəlibləşmiş maskalar taxmağa çalışsanız sonunda bədbəxt olarsınız.

Tərcümə etdi:
PRETTY_GİRL

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!