+++++++++Elə sevirəm ki..

+++++++++Elə  sevirəm ki..
Sevgi Dünyası
10.09.2017 17
Sən getmisən, sanma sevgim yox olub.

O ölməyib, yaşayır, əvvəlki tək.

O səninlə, mənimlə doğulub,

O son dəfə mənim ilə öləcək.





O taledən ikimizin payıdı,

İkimizin ürəyində göyərdi
Zaman-zaman neçə ildi, ay idi,
Hər gün bizim qəlbimizi döyərdi.




O düşmüşdü ağızlara, dillərə,
Nəğmələrin qanadında uçurdu.
Şer olub dolaşırdı elləri,
Öz qoynunu sevənlərə açırdı.

Müqəddəsdi... yaranmışdı çün haqdan,
Onu əyə bilməmişdi bir fələk.
Çıxmışdı hər imtahandan, sınaqdan,
İki ürək olmuş idi bir ürək.



Nə qədər ki, yaşayıram mən varam,
O da sağdır, demək o da yaşayır.
Ona bir yad nəfəs dəyə,qoymaram,
Mən bu yolda ağartmışam başımı.

İllər ilə yar qadasın yar alar,
İndi biz tək sevən hanı, əzizim?
Biz ikimiz o dastanı yaratdıq,
Mən, sən yazdıq o dastanı əzizim.




O dastanın öz ünvanı, öz adı.
Yalnız gülüm, bizim ikimiz olduq,
Həmi onun müəllifi, ustadı,
Həmi onun qəhrəmanı, biz olduq.

Güc alıram daim onun gücündən.
Onu yalnız zaman, silə biləcək.
O sədadır, o nalədir, içimdə.
Yalnız gülüm, o mənimlə öləcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!