Bilmədi.

Bilmədi.
Sevgi Dünyası
10.09.2017 9

 
Yarım əsr şərəfimlə yaşadım,

Yaş qurumu sulandıra bilmədi.

Kamili az, cahili cox dünyada

Nadan məni bulandıra bilmədi.



Düz dolanıb, düz olmağa çalışdım,

Əyrilərin aqibəti tanışdı.

Hər acıya, hər töhmətə alışdım

Kimsə məni dayandıra bilmədi.



Bəxt beləydi, ələnmişdi ələyim,

Tuş olmuşdum qəzəbinə fələyin.

Ha yalvardım, qara günlü taleyim -

Sərt oxundan yayındıra bilmədi.



Tək başıma sinə gərdim qədərə,

Qorxurdum ki, zəhmət gedə hədərə.

Bahar gəldi, çiçək açdı dağ, dərə,

Yatan bəxti oyandıra bilmədi.



Ömür yarı, çoxaldəqca nəvələr,

Müvafiqdi altun yüklü "dəvələr”.

Baldan şirin, körpə dilli şivələr

Ürəyimi ovundura bilmədi.



Qalmışam bir həsir, bir Məmmədnəsir,

Xain illər hara belə tələsir?

Bir gün deyər məni yuyan mürdəşir –

Qəm donumu soyundura bilmədi...

 

 



 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!