Axı uzaqdasan.

Axı uzaqdasan.
Sevgi Dünyası
10.09.2017 16

 
Axı uzaqdasan... sənə sözüm var,

Bir yol zəng eləsən axı nə olar?

Bilmirdim bu qədər dönükmüş üzün,

Bəs sənin heç yoxmu mənə bir sözün?



Boşalmaq istərmi ürək dolmasa?

Səni tərpətmədi bunca davalar?

Əgər sözün yoxsa, sən heç olmasa

…Soruş, necə keçir burda havalar.



Dağ seli dağlanar dar dərələrdə,

Düzənə axmasa durula bilməz.

Səni qınamıram, düzü bu yerdə

Eşqsiz ürəkdə söz ola bilməz.



Necə bacarırsan, necə dözürsən?

Esebin, ureyin de, daşdanmıdır?

Anlaya bilmirem damarlarından

Axan qar suyumu, yoxsa qanmıdır?



Bunu da oxuyub gülərsən yəqin,

Mənəm danlayan da, mənəm sevən də.

Poladdan əsəbin var imiş sənin,

Kaş sənin xislətin olaydı məndə.

 

 



 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!