Borcluyam atama.

Borcluyam atama.
Sevgi Dünyası
10.09.2017 8
 

 
Borcluyam Atama



Hərdən hamımıza çox şirin gəlir,

hərdən də əzabla dolur dünyamız...

Həyatda hər kəsin öz dünyası var,

bizim də dünyamız:ata-anamız!...



Ömrümün-günümün böyük mənası,

canımsan,qanımsan mənim,ay ata!..

Övladlar borcunu verə bilərmi,

dolanım başına-dönüm,ay ata!...



Bizə çox əziyyət çəkdin həyatda,

onun əvəzini ödəmək çətin!...

Qayğını-sevgini itirmərəm mən,

dənizlərdən dərin ilk məhəbbətin!...



Ömrümün-günümün mənası sənsən,

bəxş etdin həyatı bizə,ay ata!...

Borclu qalacağam mən ömrüm boyu,

atama-anama-Sizə,ay ata!...

 

 



 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!