Deyə bilərsən?

Deyə bilərsən?
Sevgi Dünyası
10.09.2017 18
Dünən ürəyindən keçən sözləri,
Bu gündən özümə deyə bilərsən.
Artıq qovuşmuşuq,nə sözün varsa,
Çəkinmə,üzümə deyə bilərsən.



Sabah bezəcəksən sevməkdən məni,
Adiləşmiş hisslər yoracaq səni,
Razılaş,vüsaldır eşqin düşməni,
Nəsə bu sözümə deyə bilərsən?



Bir ay sonra söndü məhəbbət közü,
Sənin laqeydliyin ayırdı bizi,
Üzünü qəlbinə tutub,bu sözü,
Mənim əvəzimə deyə bilərsən.



Vaxta "ayaq saxla” deyə bilməzsən,
Zamanın çəkməsin geyə bilməzsən,
Daha bu qəlbimə dəyə bilməzsən,
Hardasa gözümə dəyə bilərsənскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!