Öləcək bir yer tapa bilmirəm

Öləcək bir yer tapa bilmirəm
Sevgi Dünyası
10.09.2017 7
Uzatdığın əllərində
Tərli ovucunda öləcək bir yer tapa bilmirəm.



Bilirəm anlamazsan və sıxılmış gözlərlə mənə baxdığını
Əhəmiyyətsiz hesab edirəm.
Bilirəm içindəki çıxmaz küçələrə bir nəfəslə qapılar aça bilmədiyimi.
Sıx bir bataqlıqdın dərininə çəkdin məni.
Və nəfəssiz qalmalarını bilirəm.
Buna görə əhəmiyyətli hesab etməz baxırsan mənə
Buna görə küskün baxırsan.



Sənə izah edəcəklərimi bir-bir unutmaq üçün
böyük udqunmalarımın üzərinə iylənmiş bir suyu içirəm.
İzah etsəm nəfəs ala bilməyəcəyimi  bilirəm.
Çirklədilmiş bir havanı içiməçəkirəm  buna görə.
Və təcavüz edilmiş bir dənizin ortasında təmizlənəcək bir damla suyu axtarıram.
Quraq bərəkətsiz torpaqların təyəmmümüylə,
Və istisiylə,
Ləkəli kəfənimi yamayıb, dincliyinə çıxmağa hazırlayıram özümü.



Uzatdığın əllərində
tərli ovucunda öləcək bir yer tapa bilmirəm.



Nədir ürküdən səni axşamın sərinində.
Gözlərini kaçırışını məndən.
Sıxılışın, mədət umuşun.
Bilirəm həmişə çox şey istədin,
Bilirəm iç çəkişlərini,
Əhəmiyyətsiz hesab etdiyimi düşündüyünü bilirəm.



Eşqlə və yalansız yaşamadığımı,
Sahibsiz buraxdığım tənhalarında gəzərkən gecənin,
İçimin üşümədiyini
Amma səbəbsiz havada qaldığını
Bilirəm.
Buna görə çirklədirəm özümü.



Dönüb yenə yanıma sıxılacağını ah çəkişlərinlə,
Bağlanmağa çalışaraq bədənimin tərli qoxusuna
Və xoşbəxt olmağa çalışaraq
Tək sığınacağın olduğumu
Amma sığına bilmədiyimi bilirəm.



Gileyimin özümə olduğunu,
Səni bir yük kimi daşımaq istədiyimi bilirəm.
Çiyinlərimdə ağırlığını hiss etməzkən
Qaçış səbəbim olacağını,
sən yatmışkən sənə sığınacağımı,
İstisində tövbələr edəcəyəmi bilirəm.



Uzatdığın əllərində
tərli ovucunda öləcək bir yer tapa bilmirəm.



Həyata səbəbi tapa bilmirəm danışdıqlarım arasında,
Ölmə səbəbimi tapa bilmirəm,
Buna görə səbəbsiz yaşayıram.
Çirkli ətir iy verirəm.
Bu qoxunu sevdiyini bilirəm.
Etibarda hiss etdiyini özünü,
Səhər işə gedişlərim olacağını xatırladır sənə sanıram.
Uzatdığın əllərində

Tərli ovucunda öləcək bir yer tapa bilmirəm.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!