Bəlkə də...

Bəlkə də...
Sevgi Dünyası
10.09.2017 12
Bəlkə də...

Bəlkə də eşqlər gizli  olmalı.

Çünki ortaya çıxdığında, ya qarşılıqsız olur, ya qovuşa bilmirsən ya da qovuşduğunda dəyərini bilməyib ayrılırsan. Sevsən gizli-gizli sevəcəksən. Ürəyində böyüdəcəksən eşqini, sığmayacaq, daşacaq amma tək sən biləcəksən. Çünki; başqaları da bildiyində, başqalarına izah etdiyində eşqin mənası azalır, yükü yüngülləşir, eşqin azalır.

Bəlkə də eşqlər gizli olmalı.

Eşqin ilk günkü safını qoruya bilməli. Heç kimdən xəbərsiz tək başına yaşamalısan, ağrısını, sevincini, həsrətini...



Bəlkə də eşqlər ulu orta olmalı. Hər kəs bilməli, dillərə dastan olmalı eşqin. Elə bir eşq yaşamalısan ki əsrlərcə unudulmamalı. Hər kəs Leyla ilə Məcnunu buraxıb sizi izah etməli.



Bəlkə də eşqlər, əvvəlki kimi olmalı. Burax toxunmağı, baxmağa belə qıya bilməməli insan. İndiki eşqlər kimi, bədənə deyil ürəyə toxuna bilməli aşiqlər. Nə verəcəyinə, ya da nə vəd etdiyinə deyil, baxdığında dərin duyğular hiss etdiyi üçün sevə bilməli insan.



Bəlkə də eşqlər qeyri-mümkün olmalı. Qeyri-mümkünə aşiq ola bilməli insan. Qovuşmaq ümidiylə tikanlı yollarda getməyi gözə ala bilməli. Qeyri-mümkün də olsa, sevməyi buraxmamalı, son nəfəsini sevdiyinin adını xatırlayaraq verməli.



Tərcümə etdi: PRETTY_GİRL

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!