Axı bezmişəm

Axı bezmişəm
Sevgi Dünyası
10.09.2017 12

 

Qarşılıqsız sevdiyin birinə qıraqdan ümidlə, xəyalla, həsrətlə baxmaq çox çətindir, çox əzab verir... Amma əlimdən heç nə gəlməz... Mənimlə olmursan, heç olmasa bir adımı çək, bir söz de, amma bu qədər əzab vermə mənə... Ən azından az da olsa dəyər ver, axı niyə yaşayıram mən bunları?! Mən bacarardım hamını sevməyi, amma sevməyi səndən başlamasaydım... Axı bezmişəm hər gün səhərlər heç nə olmamış kimi yalandan gülüb, əylənib, danışmağdan... Sonra isə o gülüşün arxasıyca axşamlar ağlamaqdan... Sakit-sakit yalandan xoşbəxt görünməkdən... Axı bezmişəm heç adını belə eşitmədiyim musiqiləri dinləməkdən... Hər gün yağışda islanmaqdan... Dostsuz, sevgisiz qalmaqdan... Sənə ehtiyacım var insafsız! Bir dosta da ehtiyacım var... Bütün dərdimi bölüşmək istəyirəm, ürəyimdə olan sözlərin hamısını boşaltmaq istəyirəm... Amma elə biri yoxdur...




 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!