Xoşbəxt Eşq

Xoşbəxt Eşq
Sevgi Dünyası
10.09.2017 30
Güvən verən, xoşbəxt və sağlam bir əlaqəmi yaşamaq istəyirsiniz? Cavabınız "bəli" isə, xoşbəxt bir eşq üçün 5 ipucu sizə yol göstərə bilər...

1. Sadiq olun: Sağlam və xoşbəxtlik verici bir əlaqənin təməli bağlılığa söykənər. Yaxınlaşmaqdan qorxduğunuz üçün sevdiyinizdən uzaqlaşmaq istəsəniz də, sədaqət sayəsində ona bağlı qalarsınız. Sədaqət, məsuliyyət almaq, qorxuları nəzarət etmək və romantik olaraq hazır olmaq deməkdir. Əgər iki tərəf də lazım olan sədaqəti göstərsə, sağlam bir əlaqə üçün ilk addım atılmış olacaq.



2. Fərdi məsuliyyətlər alın: İnsan, yetkinləşdikcə öz məsuliyyətlərini öyrənər və bu məsuliyyətlər çərçivəsində hərəkət edər. Ancaq bəzi məsuliyyətlər vardır ki, bunlar başqasına qarşıdır. Partnyorunuzu olduğu kimi qəbul edin. Bu əlaqənin yalnız sizin deyil, ikinizin romantik ehtiyaclarını qarşılamaq üçün olduğunu unutmayın.



3. Özünüzə yaxşı baxın:
Heç kimin sizin xoşbəxtliyinizi ‘təmin etməsini' gözləməyin. Əgər özünüzə yaxşı baxar, ehtiyaclarını qarşılasanız, əlaqənizin daha balanslı olmasını təmin edərsiniz. Partnyorunuz üçün hər şeyi siz etməyin. Unutmayın ki, onun ‘özünə' yaxşı baxmağı öyrənməsi lazımdır.



4. Dürüst olun: Başınızı qarışdıran, sizi üzən mövzuları, ehtiyaclarınızı, istəklərinizi, duyğularınızı və sərhədlərinizi dürüstcə və açıq olaraq ifadə edin. Doğruları söyləyib söyləməmə ziddiyyətinə düşməyin. Doğruları, əlaqənizi zədələməyəcək şəkildə söyləməyə diqqət yetirsəniz, xoşbəxt olarsınız.



5. Özünüzə düşən vəzifəni edin: Sağlam və xoşbəxtlik verici bir əlaqə səy tələb edir. Əlinizdən gəldiyi qədər ‘canlı' yaşamağa çalışın, romantik problemlərinizə həll axtarın, hər şeyi idarə etməyə işin, keçmişinizdəki problemlərlə üzləşin və qorxularınızı yenin. Beləcə ‘sağlam bir əlaqə' üçün tutumunuzu artırmış olacaqsınız!



Tərcümə etdi:
PRETTY_GİRL

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!