Facebook

Facebook
Sevgi Dünyası
10.09.2017 9

                                                        


 

Hər kəs öz dərdini səndə bölüşür

 

Bizlərə ortaqsan sən ey Facebook!
 

Dostlar, sevgililər burda görüşür
 

Sirrli bir otaqsan sən ey Facebook!
 




 
 

 
Əsəbi olanda günahkar sənsən
Sevən ayrılanda səbəbkar sənsən
Bu söz-söhbətlərə necə dözürsən?
Qədri bilinməzsən sən ey Facebook!




Biri özünə açır 10-15 səhifə
Kimi dərddən açır kimisi kefə
Bezdirib reklamlar səndə hər dəfe
Alverə dönmüsən sən ey Facebook!




Tez tez işləmirsən düşmüsən qəmə
Düşmüsən qınağa dünya aləmə
Hər tipdə insanlar varmış sən demə
Hər sifət görmüsən sən ey Facebook!








Realda dovşan tək gəzən cavanlar
Virtual aləmdə aslan olurlar
Üz üzə gələndə yaman solurlar
Bax gör nə gündəsən sən ey Facebook!








Həyatda oğlandır Facebookda qız
Necə həyasızdır necə abırsız
Düşməyir yaxandan olur qırsaqqız
Bunlara nöqtə qoy sən ey Facebook!








Səhifədə yazdığın şərhi like edir
Tələsib tez-bazar dostluq göndərir
Əsəbi oynadır beyni çöndərir
Peşmanam dostluğa mən ey Facebook!








 

 








 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!