Bir ümidin ömrü.

Bir ümidin ömrü.
Sevgi Dünyası
10.09.2017 15
O son gedişindən nə az, nə də çox-
Bir ümidin ömrü qədər vaxt keçib.
Sən özün əlçatmaz deyilsən ki, yox,
Bu tale yerini yüksəkdə seçib.



 
Bilmirəm, özümü necə aparım,
Gülərəkmi alım intiqam səndən?
Mən səni ağlımdan necə çıxarım?
Eşqin çoxdan alıb ağlımı məndən.



 
Hər gün intizarla yol çəkir gözüm,
Fikirdən yuxum da ərşə çəkilir.
Gecələr o qədər yaş tökür gözüm,
Səhər də gözümdən yuxu tökülür.



 
Mən dərdin əlində oldum oyuncaq,
Çəkdi bu qəlbimə həsrət dağını.
İllər ötdü,dərdim böyüdü,ancaq,
Yenə də atmadı oyuncağını.




 



 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!