+++++++++++++++Sms

+++++++++++++++Sms
Sevgi Dünyası
10.09.2017 8
Səndən yar 1 ildir xəbərsiz idim,

Bu gün bir sms gəlibdi səndən.

Oxudum mesajı doldu gözlərim,

Yazmısan evliyəm incimə məndən...



Evliyəm yazmısan cavab ver sonda,

Ağlayan smarik qoymusan niyə?

Düşündüm sən xoşbəxt deyilsən onda

Ağlarsan sevgində uduzdun deyə...



İstədim nömrəni salım yaddaşa,

Xəyala dalaraq düşündüm biraz.

Daha zəng etməyim evli bir qıza

Düşündüm özümdə mənə yaraşmaz...



Gərək ürəyimdən silim adını,

Onu düşünməyin nə mənası var.

O, ayrı insanın olub qadını,

Ay Allah sən məni bu dərtdən qutar...



O sənli günlərim bir daha gəlməz,

yaşanmaz o sevgi bir daha təkrar.

Onu qəlbim sevir inkar eyləməz,

Nə qədər dil bunu etsədə inkar...

  

                                                              



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!