Kağız ilə qələmin eşqi

Kağız ilə qələmin eşqi
Sevgi Dünyası
10.09.2017 26
Bir zamanlar kağız və qələm adlı iki sevgili var imiş. Onların sevgisi o qədər böyük imiş ki, onların qarşısında heç bir maneə dura bilmirdi. Qələmin hər toxunuşunda kağız "Səni sevirəm” sözü ilə dolub daşırmış. Xoşbəxtlikləri uzun illər davam etdi. Qələm, kağıza "Səni çox sevirəm, səni əsla buraxmaram” deyəndə, kağızda qələmə "Sən mənim yaşamaq səbəbimsən, mən sənsiz bir hecəm” deyirmiş. Bir gün qələmin ucu tükənməyə başlayır. Sevgisi get-gedə azalmağa başlayır. Qələmin ucu tükəndikcə sevgi sözləri oxunmaz hala düşür. Nəhayət qələmin kağıza olan sevgisi tükənir, artıq sevgi sözləri yazmır. Çarəni qaçmaqda, yeni sevgilər axtarmaqda tapır. Kağız isə tənha qaldı, tək edə bildiyi qələmin keçmişdə yazdığı sevgi sözlərinə baxıb özünü tükətməkdir. Baxdıqca özünü tükədir, dərdlərinə dərd əlavə edir. Qısa müddət sonra ucu qırılmış qələm sevgini qələmyonanda tapır, qələmyonan qələmin qırılmış ucunu düzəltdi, ona yenidən can verdi. Qələm artıq ölümsüz olduğunu düşünür. Artıq daima yeni və sağlamdır. Kağız isə bu kədərin içində pozan adlı biri ilə tanış olur. Pozan onun bütün kədərlərini, qələmin yazdığı sevgi sözlərini silib onun kədərini yüngülləşdirdi. Kağız pozana təşəkkür etmiş və onlar arasında yeni sevgi yaranmışdır. Kağız pozan ilə o qədər xoşbəxt imiş ki, həyatın problemsiz olduğunu düşünürmüş.
Günlər, aylar keçdi... Ölümsüz olduğunu düşünən, daima yeni və güclü olacağını zənn edən qələm artıq tükəndiyini və məhv olduğunu hiss etmişdi. Qələmyonan onun artıqlarını ətrafa səpələmişdir. Kağız isə yeni doğulmuş uşaq kimi tərtəmiz imiş. Üzərində bir kəlmə də qalmayıbmış. Amma bir problem var idi, kağız artıq köhnələməyə başlayır. Pozanın hər zərbəsi ona acı verirmiş. Hər zərbədə kağız daha da parçalanırmış. Nəhayət kağızın parçaları ətrafa səpələnir. Kağız pozanı tərk etmiş, qələmsə qələmyonanı...
Bir gün küləklə sovrulan kağız parçası qələmin önünə düşür. Qələm son gücü ilə cırılmış kağız parçasına bu dördlüyü yazır:
"Bilməzdim ki, səndən ayrılmağın ölüm olduğunu...
Bilməzdim ki, əsl ölümsüzlüyün sənlə doğduğunu...
Bilməzdim ki, mən tükəndikcə sevgimiz böyüyürmüş...
Amma bilirəm ki, bu an öləcək olsam da bu sətirlərdə səninlə bərabər sonsuza qədər yaşayacağam”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!