Çatmamışam mən sənə

Çatmamışam mən sənə
Sevgi Dünyası
10.09.2017 18
Dərin yuxudan oyandırdı bu gün ulduzlar

Bütün ehtişamlarıyla parladılar bu gecə, səninlə məni birlikdə görmək istədilər

Deyirəm ya tam fərqli parladılar. Sonsuzluq hiss etdim bu gecə onlarda

Söndürmək istər istəməz üfləməyə başladım hamısını tək-tək

Yanımda deyilsən ki anlasın artıq onlarda yetər

Anlasınlarkı üstümə gəlməsin heç biri

Daha çox darıxdırtdırmasınlar mənə səni



Bağladım gözlərimi, üsul üsul bir külək əsir

Söylədim onada ;

Get, get də ki ona! Dözə bilmirəm artıq onsuzluğa. Ya yanıma gəlməli ya da açmalı məni ona məhbus edən qandalları!

İki ayrı yerə düşdü gözlərimdən yaşlar indi

Bizim kimi darıxırlarmı onlarda bir-birlərini ?

çətinsənsənin sənsizliyində itmək

Əllərini uzadınca toxuna bilməmək

Düşündüyün hər an səmanı yaran qışqırıqlarla susmaq

Susmaq

O qədər susmaqkı sən deyəcəkkən təkrar təkrar udqunmaq

Biz deyəcəkkən nəfəs belə ala bilməmək

Dumanaltı oldum yenə

İçimdəki tüstüdə yüngül bir musiqi

Hər nəğməsində bir tək sən

Eşq əlbət bitər. Eşq çatıla bilməyənə! demişdin ya mənə

İçimdə hələ qanad çırpan bir şeylər var deməli hələ çata bilməmişim mən sənə



Tərcümə etdi: PRETTY_GİRL


скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!