Ata haqqında

Ata haqqında
Sevgi Dünyası
10.09.2017 14
ATA
Etməsin heç kəsi qoy Haqqu-Təala atasız
Yoxdu beş günlük olan ömürdə məna atasız

Necə izah eliyim mən bu dərin dəryanı
Çünki yazmaqa qurtarmaz bu böyük mənanı
Neçə dost ilə qohumla sürəsən dünyanı
Ata yoxdursa demək boşdu bu dünya atasız.

Sevsə hər kim atanın saxlasa gəl hörmətini
Allah ol kəsdən uzaq saxlamaz öz rəhmətini
Atanın qədrini bil vurma yerə zəhmətini
Çox çətindir eləmək bir işi bərpa atasız.

Bir kəsinki ola var dövləti cahu-celalı
Xalq arasında şanı,şöhrəti əqli-kamalı
Ola qardaş bacısı dostları əhli-əyalı
Yenə hiss eylər özün dəhridə tənha atasız.

Tanri xəlq eyləyib insanı gətirdikdə cana
Bəxş edər valideyin vasitəsiylə cahana
Nə qədər dahi müqəddəs böyük ad olsa ANA
Gələ bilməz həyata bir uşaq əsla atasız.

Bir nəfər vardı Məsiha deyim ondan yeridir
Qeybidən xəlq olub qeybə çəkilmiş diridir
Buda Pərvərdigarın möcüzəsindən biridir
Ki bu dünyaya gəlib Həzrəti İsa atasız.

Ata haqqında bunu söyləməyə haqqım var
Onu inkar edən Allahını eylər inkar
Ey İlahi məni qoy əlsiz, ayaqsız bimar
Rəhm eylə Pərvizi, amma qoyma atasız.

Ata!
Ata! Bu ad nə qədər də dağlar qədər vüqarlıdır. Ata! ilk andan, ilk vüqarım, sönməz atəşim mənim. Körpənin hər dərdini, onun ağrılarını için-için çəksən də körpənə bildirmirsən. Şam kimi ömrünü gilə-gilə əridirsən. Bu gilələr ömrümə dayaq, gözümə nur verir. Dağ başına qar düşən kimi sənin də qara saçlarına ömrünün ağ qirovları düşür. O ağ saçlarında mənim də ağrı-acım var. Sən ki məndən ötrü sabahlara qədər oyaq qalmısan. Mənim hər dərdimi çəkib, xəstələnəndə həyacan keçirmisən.

Sənin o ağ saçlarınada qurban...
Gözlərində dünya qızılı görmək istəmirəm ATAM Mənim hər dərdimə yanıb kül olanım mənim. Sən mənim ömrü boyu yanan əzəmətli atəşimsən. Atanın böyük qəlbini, onun incə, saf duyğularını hiss edən, tərəddüd etmədən deyər: Ata mərdlik, xoşbəxtlik simvoludur. Biz atalarımızın müqəddəs hüququnu nəinki ailədə, habelə kənarda da qorumalıyıq, amma çox təssüf ki atanın əziyyətini itirən övladlar da var. Hətta Atadan bezib, ya da kiminsə sözünə qulaq asıb atanı küçəyə atan övladlar da var. Belə şeylərin yaşanmasına baxmayaraq ata yenə də öz övladına bu həyat yolunda uğur arzulayır. Ona görə də ata həmişə müqəddəsdir, onun bizə qarşı daima bitib-tükənməyən qayğıları, tez-tez bizə zillənən baxışları qarşısında baş əyməliyik...

Allahdan bütün Atalara qayğılı ömür yolunda can sağlığı arzulayıram.
Allah heç kimi atasız-anasız qoymasın. Amin!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!