"Əlvida"

Sevgi Dünyası
10.09.2017 26
Qoşa yollarımız bura qədərmiş.
Susmuş dodağımda donub son vida.
Sənə qal deməyim demə hədərmiş,
Gedirsən get, nə deyirəm ƏLVİDA.



İllər xəyal edər bu həqiqəti.
Sənə unutdurar dərdi, möhnəti,
Ömürlük pay verib mənə həsrəti,
Gedirsən get, nə deyirəm ƏLVİDA.



Bu imiş eşqinin axır qərarı.
Qırıldı sevgimin o şax vüqarı.
Ömrümə qış edib yazı, baharı.
Gedirsən get, nə deyirəm ƏLVİDA.



Həyat üzərimə acı selləmiş. 
Həsrətin asanı demə dildə miş. 
Vüsal ürəyimi sevindirməmiş.
Gedirsən get, nə deyirəm ƏLVİDA.



Son vida qar olub dondu telim də,
"Əlvida” söylədim döndü dilim də,
Əksini qoyaraq bəbəklərimdə,
Gedirsen get, nə deyirəm ƏLVİDA



Sən ey ürəyimin ilkin nübarı,
Biz ki, qəlbimizi bölmüşük yarı,
Götürüb qəlbimi yarıba-yarı,  
Gedirsən get, nə deyirəm ƏLVİDA.



Niyə "qal” deməyim, niyə "qal” deyim.
Alçalan eşqimə necə əyılım?
"ƏLVIDA” deməyə gəlməyir dilim,
Gedirsən get, nə deyirəm ƏLVİDA.



Müəllif: Cahan
"Əlvida"скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!