Bağlaya bilsən.

Bağlaya bilsən.
Sevgi Dünyası
10.09.2017 3
De kim saxlayacaq məni bu yoldan,

Bağla yollarımı, bağlaya bilsən...

Əl açıb məhəbbət dilənmədim ki,

Bağla qollarımı, bağlaya bilsən.





Bu sevgi köhnədir, bu ülfət yeni,

Bal bilir sən verən qüssəni, qəmi,

Öldürsən ruhum da sevəcək səni,

Bağla dillərimi bağlaya bilsən.



Dənizəm dalğama bərən düşübdü,

Saçların kəməndir, görən düşübdür, 

Güllərim bağçamda pərən düşübdü

Bağa güllərimi bağlaya bilsən.



Gün gələr inadın hey yorar səni,

Həsrət mənim kimi soldurar səni,

Kor olsam əllərim axtarar səni,

Bağla əllərimi bağlaya bilsən.



Sevgisiz bir ürək evsiz yetimdi,

Sənsiz yaşamağım mənə çətindi,

Bu dünya əvvəldən ölüm-itimdi,

Ağlayarsan mənə ağlaya bilsən!


 
 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!