Mastürbasiya xəyanətdir?

Mastürbasiya xəyanətdir?
Sevgi Dünyası
10.09.2017 23
Bir gecə yarısı oyandınız və həyat yoldaşınız yanınızda yatmır. Qalxıb digər otağa keçdiniz və bir də nə gördünüz? Televiziyada intim bir film və yoldaşınız ümid etmədiyiniz bir şəkildədir….

Halbuki gecə yatmadan əvvəl bir az başqa ümüdləriniz varıydı, amma aranızda bir soyuqluq varıydı deyə imtina etdiniz. Onsuzda çox gecə sizə kürəyini dönüb yatır. Əvvəllər qadınların başı ağrıyardı, indi kişilərin başı qadınlardan çox ağrıyır.

Ərinizin mastürbasiya etməsi sizi incitdi? Qürurunuz qırıldı bəlkə də! Halbuki işin əsli bu deyil…

Əvvəlcə bunu ağılınızdan çıxarmayın, mastürbasiya xəyanət deyil. Xəyanət etmək istəyən adam niyə özüylə məşğul olsun? siz nə qədər çoxbilmiş davransanızda; hər kişinin  xəyanət üçün zamanı və uyğun örtüyü vardır. Ürəyi yetər ki etmək istəsin!

Mastürbasiya, acımaq kimi duyğudur. Bəzən insan bir şeydən təsirlənərək təhrik ola bilər. Siz yatırsınız, o gün ruh halınız sevişmək üçün uyğun deyil, davalı və ya bir-birinizə qarşı hirslisiniz. Hər hansı bir səbəbdən ötəri sevişməmiş ola bilərsiniz. Həyat yoldaşınız da televizorda intim bir səhnəyə şahid olub və ya yalnız sizi düşünüb. Birini sevmiş olmamız, onunla evli olmamız; beynini, bədənini və ruhunu ələ keçərdiyiniz mənasına gəlməz.

Mastürbasiya edən bir adamın sevgisini sorğulamayın, bunun sevgiylə və ya sevişməklə bir əlaqəsi yoxdur. Bədən cəhətdən bir ehtiyacı o an qarşılama şansı varsa, bunu etmək də bəzən keyfdir. Ancaq sizinlə heç əlaqəyə girməyən və yalnız mastürbasiya edən bir həyat yoldaşına sahibsinizsə, yalnız cinsi deyil psixoloji və fiziki problemləriniz də vardır. Bunun həllini tapma yolunu axtarmalısınız.

Həmdə mastürbasiya çox cütün cinsi fantaziyaları içində istifadə etdikləri bir üsuldur. Bunun çox təbii və insani olduğunu unutmayın. Bədəncə xoşlanma əsla bir xəyanətin, sevgisizliyin və ya aldatmanın simvolu ola bilməz.

Mastürbasiyanı qadınlıq qürurunuzun, fərdi qürurunuzun parçalanması üçün bəhanə olaraq istifadə etməyin.

/Mənbə: Qadınlar.biz/

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!