+++++++++Kimi İmtina Edən, Kimi İmtina Edilən

+++++++++Kimi İmtina Edən, Kimi İmtina Edilən
Sevgi Dünyası
10.09.2017 22
Ayrılıq düşər bəzən salamlarımıza…

Meydana gətirdiyimiz "biz" qəlibləri çökər…

Var olan iki ayrı qütbdür artıq…

Ya "imtina edən" olarıq bu ayrılıqda

Ya da " imtina edilən"…



Bir seçimdir imtina etmək

Azalmışdır yüklədiyiniz dəyərlər, gedib də dönməməyi, dönüb də baxmamağı gözə almısınız…

Meydana gətirdiyiniz o "biz" qəlibindən özünüzü alar və gedərsiniz bu salamdan …

Həyata başqa bir yerdən, başqa bir nöqtədən başlamaqdır imtina etmək…

Yenidən başlamaqdır

Sabah vardır önünüzdə

Və sabaha aid ümidlər…



Variantsızlıqdır imtina edilən olmaq…

Gedən getmişdir ardında boşluğunu buraxaraq…

Və siz qalansınız…

Orada…

Eləcə…

Azalmaqdır imtina edilən olmaq…

Bir yoxluğun sızısını ürəyinizdə anba-an daşımaqdır…

İmtina edəndən geriyə qalan tənhalığı, tənhalığı izdihamlarla…

Səssizliyi heç bir səslə doldura bilməməkdir…

Səbəblər və niyələrlə daha da qaralıb uzanan gecələrdir…

Bir sızıyla bölünən yuxulardır…

Dağılmaq, parçalanmaqdır çox…

Unutmaq üçün zamana ümid bağlamaqdır…



Zaman axıb gedərkən həyatımızdan…

Bəzən " imtina edən" olarıq bir mərhabada…

Bir başqasında "imtina edilən" bəlkə…

İmtina etmənin əhəmiyyətli hesab etməzliyində də olsaq…

İmtina edilmənin umarsızlığında da…

Anlar və xatirələrdir yanımızda qalan…



Sonra…

Bir maska taxıb üzümüzə…

Sevginin çılpaqlığını örtsün deyə…

Qatılarıq axan zamana yenə də…



Tərcümə etdi: PRETTY_GİRL



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!