Bir gun

Bir gun
Sevgi Dünyası
10.09.2017 23

 

Fələk taleyimdə xoş günlərimi,

 

Çevirib başıma qaxacaq bir gün.
 

Sənli arzuları qəm alovunda,
 

Beləcə yandırıb yaxacaq bir gün!
 




 

Mən səni sevmədim hər naşı kimi,
 

Sevdim taleyimin yaddaşı kimi,
 

Bəlkə də bu sevgim göz yaşı kimi,
 

Süzülüb qəlbinə axacaq bir gün!
 




 

Hər gecə yuxumda yatan sevgilim,
 

Yüyürüb təkliyə çatan sevgilim,
 

Üzünü o yana tutan sevgilim,
 

Çevrilib mənə də baxacaq bir gün!
 




 

Ruhumu göylərə aparan Allah!
 

Məni yer üzündən qoparan Allah!
 

Yusifi quyudan çıxaran Allah,
Mənim də əlimi sıxacaq bir gün!


 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!