+++++++++Qəlbindəki İstiliyə Düşür Məni

+++++++++Qəlbindəki İstiliyə Düşür Məni
Sevgi Dünyası
10.09.2017 13
Bu gecə, ürəyimə aralıqsız batan sözlərinin ağrısıyla

Hirsin əhatə etməsində yazıram sahibsiz kövrəkliklərimi...

Məni dinlə.!

Nə əvvəlini, nə də söyləyəcəklərimi, bu dəfə dinlə!

Sənə doğru atdığım hər addımda, üstümə yıxılan divarın altında qalmaqdan

Çatışma içində keçən dəqiqələrin, gecə boyu sinirini daşımaqdan yoruldu ruhum...

Halbuki bu deyildi içimdə başlatdığım səni qazanma döyüşünün sonu...

Belə olmamalı idi...

Ümidləri tükənməyə üz tutmuş səs buğumlarından çıxa bilmir nəfəsim...

Halbuki azadlıq vəd etmişdim sənə, özümü ataraq zındanlara...

Zaman məngənələrini açmış yencək kimi gəlirkən üstümə üstümə

Bir yuxunun yorğun dadını udqunuram, büzdürərək üzümü...

Səssizliyin qışqırıqlarına düşdüm...

Nə yana baxsam sən baxırsan kirpiklərimin pəncərəsindən...

İndi hansı gizlində susayar avazım...

Yoruldum, heç bir hekayənin qəhrəmanı ola bilməyəcək qədər yuxum var...

Başımı qoyduğum yastıqda, yoxluğundan olma böyük  boşluqlara düşürəm sürətlə...

Yenə də sarğısı boldur yaralarımın...

Uzaq şəhər həsrətləri sürtsə də bədənimi, inadına gözləyirəm gələcəyimizi...

Dörd divarımda əks-sədalanan bütün ağrılarımı

Və köhnəlmiş vərdişlərimi tək hücumda edam edəcəyəm o gün, bunu bil...

Üzərinə sinən ağırlıqlarımla bu gecə yarısı, çatkapı arala ağrılarımı…

Çevir məni həyatına...

Bax ölmürəm ...

İçimdəki sevinclərin sənli səbəblərini dəstələyirəm ürəyimdə...

Eşqə beş qala sancılanıram yenə, doğumsuz coğrafiyalarda...

Ürəyimdəki amansız döyüşün, bədənimdə açdığı yaraları görməməzlikdən gəlmə...

Ürəyindəki istiliyə sal məni...

üşüyürəm...!



Tərcümə etdi:
PRETTY_GİRL

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!