BİRGÜN...

BİRGÜN...
Sevgi Dünyası
10.09.2017 45
Bir gün qapı döyülmüşdü. Amma qapıda heç kəslər yoxmuş. Qapının qarşısında yalnız bir qab...

Ətrafa baxmış amma kimsəni görə bilməmişdi. Qabı yerdən götürmüş.
Gözləri yaşlı açmış qapağını. İçində narıncı bir balıq görmüş. Tam o
sırada gözlərindən bir damla gözyaşı damlamış qaba.

Balıq birdən tərpənməyə başlamış. Dar qabın içində oradan oraya dönmüş
dayanmış. Qız məna verməmiş nələr olduğuna. Daha çox ağlamaya başlamış.
Kədərlənmiş balığın halına. Ağladıqca damlalar qaba tökülmüş. Balığın
rəngi göyərməyə başlamış. Sonra anlamış gözyaşlarının kiçik balığı
zehirlediğini.Tez gedib suyu dəyişdirmiş. Balıq təkrar canlanmış köhnə
halına geri dönmüş.



Aradan günlər keçmişdi. Qız balığına mahnılar söyləmiş
durmadan.Dərtləşmiş dərdini izah etmişdi. Balıq dinləmiş. Amma ağlamamış
heç. Balığı ölməsin deyə. İçinə axıtmış gözyaşlarını. O qədər çox
sevmiş ki kiçik balığı heç ağlayamamış



Amma günlər keçdikcə qız xəstələnməyə başlamışdı. Rəngi ​​solmuş.
Halsız qalmış. Kimsə nə olduğunu anlaya bilməmişdi. Amma kimsə bilməmiş,
içinə axıtdığı gözyaşlarının özünü zəhərlədiyini. Əsl ağlarkən daha
xoşbəxt olduğunu, zəhərini belə çölə axıtdığını kimsə öyrənə bilməmişdi.

Ondan geriyə yalnız narıncı bir balıq qalmışdı.



Daha mı qiymətli idi uğruna gözyaşlarımızı saxladığımız .. Özümüzü
zəhərləmək dahamı asan,.Gizlənmək.Qaçmaq həlmi? Daha mı qiymətli narıncı
balıqlar?




Daha mı qiymətli öz həyatımızdan? Durma ağla. Durma axıt göz
yaşlarını. Tök içindəkiləri, burax getsin gedənlər. Burax ölsün
balıqlar, burax qırılsın qab.



Əlbət bir balıq var gözyaşlarında canlanacaq, əlbət bir qab var
gözyaşlarından qırılmayacaq. Əlbət bir balıq var səni ağlatmayacaq,
gözyaşlarını dindirəcək, sənin səsinlə danışacaq. Gözyaşlarında bir
problem yoxdur ...



Qapında belə olsa, tək məsələ səhv balıq, səhv qab.

Ya da səhv zaman səhv insan ..


 
        Dogru zamanda dogru insani tapmaq ümidilə ...
 
Tərcümə etdi:AYGÜN18
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!