Bir söz

Bir söz
Sevgi Dünyası
10.09.2017 28
 



Ürəyimə basdırdığım üstünü min bir çiçəklərlə örtdüyüm ürək... Görəsən insan yalnız bir dəfə sevər həqiqətən? 

Başqa ürəklərdədə hiss edərmi o çağlayanlar kimi coşduran xoşbəxtliyi? Özünü bir boşluqdamı hiss edər yoxsa? 


 

Özümü aldadıram davamlı olaraq. Üzümü gülən görənlər birdə gəlsin ürəyimi ziyarət etsin! Gözlərində özümü tapdığım, Həyatın əlindən tutmağı öyrəndiyim,getdiyin gündən içimdə mənasız bir hüzn var. Gülərkən belə canım ağrıyır. Bəzən yoxluğa basdırılıram.. Heç kim görmədən ağlayıram. 

 


Və göz yaşlarımı ləl-cəvahirat kimi saxlayıram. Onlar səndən qalan tək xatirədir mənə.Heç kimi bilməsinə icazə vermirəm buna görə.

 


Bir yanğı idin ki, dənizlərin belə söndürməyə gücü çatmazdı. İndi o yanğını bir ovuc ürəkdə necə tuta bilərəm görəsən? Yoxsa dildə olmayınca könüldəndə uzaqlaşarmı deyirəm. 

 


Kaş ki yanımda olsan.. Olsanda izah etsəm uzun uzun. İçimi ürpərdən təklik duyğusuna qapılmasam. Xəyallarım boş bir səhifədən ibarət olmasa. Getməsi uzun bir səfərə çıxmasam. Səni hər xatırladığımda kədərlənmək yerinə xoşbəxt olsam.


 

Kaş ki ruhuna toxuna bilsəm və səndəki duyğuları hiss edə bilsəm,səni anlayıb izah edə bilsəm. Ürəyinə inci dənələrindən yarpaqlar töksəm, və ürəyin baharı yaşamağa başlasa. O şirin gülüşlərin üzündən heç əskik olmasa..Mən yanında və daim ürəyində olsam.

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!