Bir Dostum Var...

Bir Dostum Var...
Sevgi Dünyası
10.09.2017 99
Üzü gülüb bəzən gözləri ağlayan bir dostum var.

Bəzilərinin kobud kimi tanıyıb amma ürəyi uşaq tək kövrək olan bir dostum var.

Hər zaman inandığım, dərdləşdiyim bir dostum var.

Bəzən səbəbsiz acılayan, istəmədən əsəbini mənə tökən bir dostum var.

Bir an olub sözləri ağladan amma qəlbimə yara salmayan bir dostum var.

Məni hər kəsdən, hər pislikdən qoruyan bir dostum var.

Həyatın gözəlliyini, çirkabını, insanların riyakarlığını mənə sübut edən bir dostum var.

Hər büdrəyəndə məni yüksəklərə qaldıran bir dostum var.

Məni mən kimi qəbul edib dəyişməyə məcbur etməyən bir dostum var.

Nə zaman gözlərimdə yaş görsə, onu silə biləcək gücə sahib bir dostum var.

Hər ağlıma gəldiyi zaman Rəbbimə şükür etdiyim bir dostum var.

Dostluğun var olduğunu və onun gücünü mənə sübut edən bir dostum var.

Bu kəz öz dostumdan yazmaq istədim  

Sizin də mənim kimi bele dostunuz varsa qedrini bilin. Dostluğunuzu zədələyib, sizi sevən dostunuzu itirməyin.

Mənim çox şükür belə bir dostum var. Səni çox istəyirəm  

Müəllif: Aytən Mələk

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!