+++++++++Səni Həqiqətən sevirmi?

+++++++++Səni Həqiqətən  sevirmi?
Sevgi Dünyası
10.09.2017 21
Kişilərin sevgisini göstərmə forması ilə qadınların sevgisini göstərmə forması bir-birindən çox fərqlidir. Biz qadınlar onu sevdiyimizi hər fürsətdə müəyyən edərik. Mərhəmət və sevgi işarələrimiz çox diqqətə çarpandır. Çətin sevərik amma möhkəm sevərik. Kişilərin sevgi anlayışı bu baxımdan bizə bir az dəyişik gələ bilər. Çünki kişilər çox asan sevirəm deyə bilir.

Bir kişinin sizi həqiqətən sevib sevmədiyini anlamaq üçün, sizə olan davranışlarına nəzər salın. Kişi yoldaşınız sizinlə həqiqətən evlənmək istəyirmi? Yoxsa yalnız zamanmı keçirir..

Kişi yoldaşınız sizi həqiqətən sevirsə sizə olan bu sevgisini ən səmimi hərəkətlərlə şübhəsiz hiss etdirəcək. Bir qadın sevilib sevilmədiyini çox asan anlaya bilər əslində.

Sevən kişi dəyər verən kişidir. Dəyər verən kişi;

Çətin zamanlarınızda səmimiliklə yanınızda olar,

Ona bir şeylər izah etdiyinizdə sizi can qulağıyla dinlər,

Zaman zaman xüsusi bir gün olmadan sırf içindən gəldiyi üçün sizə hədiyyələr alar,

Sizi zaman xərcləmədən ailəsi və yaxın ətrafı ilə tanış edər,

Sizi ailəsi ilə qaynaşdırmağa, ailəsinin sizi sevməsini təmin etməyə çalışar,

Evlilik planları qurar,

Gələcəyə dair hər planına sizi də daxil edər,

Sizə qarşı məsuliyyətlərinin şüurundadır,

Üstünə düşən vəzifələri yerinə yetirər.



Tərcümə etdi:
PRETTY_GİRL

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!