+++++++++++++++Həsrət belə olur

+++++++++++++++Həsrət belə olur
Sevgi Dünyası
10.09.2017 21
 
Həsrət belə olur, belə, əzizim,
Sifətdə dərin iz qoyaraq gedir.
Göz yaşı çevrilir selə, əzizim,
Ürəyi talayıb soyaraq gedir.


Sevərkən çox zaman dəyişir insan,
Qəlblər ya daşlaşır, ya da yumşalır.
Əsl aşiq bu yolda hətta qoyur can,
Hərcayi aşiqlər yardan can alır.


Heç kimə acımır, rəhm etmir illər,
Nə qədər ürəklər alışıb gedir.
Yara qovuşmadan ölən bədənlər,
Həsrətlə torpağa qarışıb gedir.


Sevginin gücünə baxmayır ölüm,
Arzular, ümidlər sönür bir anda.
Eşq üçün çəkilən əziyyət, zülüm,
Bilinməz məchula dönür bir anda.


Taleylə, qismətlə bacarmadım mən,
Heyif, bir vurmadı ürəklərimiz.
Bu yalan dünyaya çox inanma sən,
Bir gün o dünyada qovuşarıq biz.


Həsrət belə olur, belə, əzizim,
Ürəyi talayıb soyaraq gedir.
Göz yaşı çevrilir selə, əzizim,
Sifətdə dərin iz qoyaraq gedir.




 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!