Mənsiz

Mənsiz
Sevgi Dünyası
10.09.2017 17
Mənsiz həyatın çətin olacaq, ağrılı olacaq amma yeni bir həyata başlayacaqsan mənsiz.
''Həyat davam edir" - diyəcəksən, bəlkə ..ümidiylə. Bəlkə xoşbəxt olaram, bəlkə yenidən sevə bilərəm, ümidiylə. Özünə və həyatına məndən ogurladığın ümidləri yükləməyə çalışaraq.Amma zaman keçdikcə, mənsiz günlər tükəndikcə, bir anlıq sevinclər, inanmağa çalışdığın xoşbəxtlik oyunları, çatmayacaq sənə. Ümidin tükənəcək mənim kimi.Mənim ümidlərimi yox etdiyin kimi.


Kiminlə birlikdə olursan ol, unuda bilməyəcəksən. Həm mən olacağam xəyallarında. Sənə buraxdığım, bu şəhərin hər yerində məni axtaracaqsan. Tək-tək gələcək ağılına xatirələr. Əl-ələ alovlanıb, qəhqəhələrlə getdiyimiz yollardan keçəcəksən, ürəyin qan ağlayaraq.Küçələrdə birdən sənə sığınıb,əllərini ürəyimin üstünə qoymağım gələcək ağılına.Gözyaşların içinə axacaq, kimsə sarıla bilməyəcək mənim kimi. Anlayacaqsan.Hər eşitdiyin ayrılıq mahnısında məni xatırlayacaqsan, ürəyin yanacaq.Minlərcə "kaşki"lər sayacaqsan.


Yolda qarşına çıxan hər üzdə məni görəcəksən. Lənət edəcəksən həyata."O" olsaydı deyəcəksən.Hər gözəlliyə mən baxar kimi baxacaqsan, mənin üçün darıxacaqsan.


Qoynuna hər gecə "onu" deyil məni alacaqsan. Mənə toxunar kimi toxunacaqsan, məni öpər kimi öpəcəksən. Mənimlə yaşadıqlarının dadını unuda bilməyəcək, bunları kimsədə tapa bilməyəcəksən. Və məni yaralıya çevirib, gedişinin əvəzini, qorxaqlığının əvəzini, bir ömür başqasıyla, məni yaşar kimi yaşayaraq ödəyəcəksən.


/Mənbə:Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!