Əlaqədə asılılıq

Əlaqədə asılılıq
Sevgi Dünyası
10.09.2017 19
 
Qarşınızdakı adamın ya da özünüzün əlaqə asılısı olub olmadığını aşağıda yazılanlarla anlaya bilərsiniz.
Əlaqəyə asılı olan insanlarda ümumiyyətlə bu xüsusiyyətlər vardır:
Asılı olan adam sevgilisi olmadan özünü çox gücsüz və çarəsiz hiss edər. Qarşısındakı insanın özünü güclü etdiyini hiss edər və o getdiyində dünyası başına yıxılar.Asılı insanlar üçün xoşbəxtlik demək əlaqənin yaxşı getməsidir. Hər hansı bir dalaşma ya da ən kiçik bir mübahisə belə onun bütün gün bədbəxt olmasına yetərlidir. Tam tərsi olsa, işsiz gücsüz və pulsuz belə olsa əgər sizinlə problemi yoxdursa dünyalar onundur.




 
Ayrılıq düşüncəsi ya da uzun sürən hirsliliklər asılı olan adamı böyük bir çıxılmaz vəziyyətə salar.

Asılı insanlards sevgilisindən ayrılma düşüncəsi ya da sevgilisinin tez ya da gec öləcəyini düşünməsi belə böyük kədər duymasını təmin edər.

Asılı insanlar əlaqələrində hər şeyin yolunda getməsini istəyərlər. Buna görə ümumiyyətlə həmişəı tikan üzərində yaşayarlar.



Asılı insanlar daim onunla maraqlanmanızı istəyərlər. Onlar üçün maraqsızlıq onu tərk edəcəyinizin işarəsidir. Bu da adamı depressiyaya salar.

Asılı insanlar gündəlik aldıqları qərarlardan əsla əmin ola bilməzlər. Sevgililərini axtarıb təsdiq istəyərlər ya da qərarsız qaldıqlarında səhv qərar verərlər.

Asılı insanlar qarşılaşdıqları tərsliklər qarşısında özlərini çox gücsüz hiss edərlər və sizdən davamlı kömək istəyərlər. Onun gözündə bir kömək mələyi ola bilərsiniz.

Tərk edilmə qorxusu içində yaşadıqları üçün özlərindən güzəşt verməyə hər vaxt açıq olarlar. İstəmədiyiniz bir şeyi sizi itirməmək uğruna həyatı boyunca təkrarlamazlar.

/Mənbə:Qadınlar.biz/





 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!