Romantik təcavüzdən qorunun

Romantik təcavüzdən qorunun
Sevgi Dünyası
10.09.2017 33
Evlənək
dedikdən bir saat sonra ayrılırsa,
ayağınızı yerdən kəsib sonra pis davranırsa,
sizi tənqid edib bezdirici  sözlər işlədirsə,
hər fürsətdə keçmiş  sevgilisini izah edirsə
romantik təcavüzə uğrayırsınız.
 Eşqdə
‘Qaçan Qovalanır' qaydası
şişirdilmiş şəkildə yaşanırsa, nəticə romantik təcavüzə
vara bilər!

Əsassız
reaksiyalar.
Sizin
də maraq duyduğunuz və
sizə marağı olduğunu
göstərən bir adam, bir müddət sonra tam əks reaksiyalar verə bilər. Bu vəziyyətdə normal
olaraq, onun maraq əlaqəsinin korlaşdığını düşünər və geri çəkilərsiniz.
Romantik təcavüz
vəziyyətində qarşınızdakı adam, həddindən artıq maraq əlaqəsi
ilə həddindən artıq maraqsızlıq
arasında gedib gəlir. Sizə və əlaqəyə dair verdiyi mesajlar əsassızdır.Belə olduqda evlənmək
istəyirəm-istəmirəm, səni çox bəyənirəm-bəyəndiyim insan sənə bənzəmir, evlilik
olsa ancaq səninlə olar-evlənsəm belə bu səninlə olmaz kimi
cümlələr həyatınızı bezdirici hala salar.
 
Keçmiş
sevgiləri haqda söhbətlər qurtarmaz.
Romantik
təcavüz vəziyyətində davamlı olaraq(sizə bənzəməyən)bəyəndiyi fiziki xüsusiyyətlərdən danışması,
daha əvvəlki əlaqələrinə dair xatirələrini
 gündəmə gətirməsi,(xüsusilə
müsbət olanları), sizin daha əvvəlki
əlaqələrinizdən davamlı olaraq‘bir
günahlandırma' səbəbi
olaraq danışması bu halı daha dözülməz
edər…
 
Alçaldıcı
zarafatlarla sizi əzməyə çalışar.
Bəzi əlaqələrdə zarafat yollu tənqidlər bir maraq ifadəsi ola bilər,bu da bir ünsiyyət şəklidir. Romantik təcavüzdə isə tənqid və zarafatların ‘alçaltma' ilə əlaqəli olduğu fərq edilir. İncidici
və alçaldıcı sözlər demək, şifahi olaraq
və ya baxışlarla danlamaq,
tamamilə görməməzlikdən gəlmək, davamlı
tənqid etmək bu
anlama gəlir…
 
Əlaqə onun duyğu vəziyyətin görə
şəkillənər.
Romantik təcavüzün yaşandığı
əlaqələrdə ‘kef və həzz' bənzəri müsbət hislər, tamamilə qarşıdakı adamın duyğu-vəziyyətinə
görə təyin olunar. Onun kefi yaxşıdırsa dərhal heç demədiyi qədər gözəl sözlər deyə
bilər. Sizin kefli və ya kefsiz olmanız isə onun duyğu-vəziyyətində ‘çətinlik yaradıb
yaratmama' mənasında
əhəmiyyətli olar.
Siz kefsizsinizsə, onun da canını
sıxmış olarsınız.

/Mənbə:Qadınlar.biz/

 
 
 
 
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!