Qısqandım

Qısqandım
Sevgi Dünyası
10.09.2017 31
Uzatdın birinə incə əlləri,

Salam verən ələ, qisqandım səni,

Qoxlayıb ətrini dərdin gülləri,

Toxunduğun gülə, qısqandım səni,



Daima gen qaçıb kənar durduğun,

"Tənhalıq" adıyla yuva qurduğun,

Mənsiz yaşadığın, mənsiz olduğun,

Günə, aya, ilə, qisqandım səni,



Bir söz kimi dodağında büzülən,

Damla kimi kirpiyində düzülən,

Ağlayanda gözlərindən süzülən,

Yanağında selə, qısqandım səni,



Nələr eyləməzdim səninçün gülüm,

Nə ölüm bilirdim, nə də bir zülüm,

Bilirdim deyilsən mənim sevgilim,

Bunu bilə-bilə, qısqandım səni...




Müəllif : Rusif Hüseynov



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!