Xəyanətlə üzləşən qadın nə etməlidir?

Xəyanətlə üzləşən qadın nə etməlidir?
Sevgi Dünyası
10.09.2017 271
Xəyanətə
məruz qalan qadınlar üçün bunu həzm etmək,mənəvi çətinliklərin
öhdəsindən gəlmək heç də asan deyil. Aldadılan qadın bu yıxılmanın,
haqsızlığın,iztirabın altından asan qalxa bilmir və çox vaxt
depressiyaya düşür.

Xəyanətə kim göz yuma bilir ki? Hələ də sizi aldadan çox sevdiyiniz, həyatınızı bağladığınız ,ona görə nələri qurban verdiyiniz həyat yoldaşınız olsa,daha
pisdir.İnanın ki, dəhşətli bir haldır.Belə olduqda,aldadılan qadınlar
özlərini ciddi bir böhranın içində tapırlar. Aldadıldım...
Onu biriylə gördünüz ya da sizi aldatdığına tam əmin oldunuz. Üstəlik bir də sizi tərk etdi. Tək və bədbəxt insan nə edər?

İndi nə etməlisiniz?
Aldadılan insanlar dərhal əsəbləşə, dəli olma dərəcəsinə belə gələ bilər. Bir az sakit olun...
Oturun
və düşünün.Aldadılma da dünyanın sonu deyil, tərk edilmək də. Bunu
edən adamın şəxsiyyətsiz bir insan olduğunu ağılınızdan çıxartmayın.Ondan ötrü göz yaşı tökməyə belə dəyməz.Zəiflik göstərməyin.
Daima beyninizdə belə bir fikir dolaşır: Sizə bunu niyə etdi?
Bunu əsla fikirləşməyin,hələ özünüzü heç qınamayın, təqsirləndirməyin.Siz olmasanız da başqası olsa da, yenə eynisini edəcəkdi. Sizi siz olduğunuz üçün aldatmadı. Aldatmaq onun canında-qanında vardır. Xassiyyəti belədir və aldatdı. O
səbəblə özünüzü qeyri-kafi, ya da günahkar hiss etməyin. Aldatmağa
meyilli insan kimlə birlikdə olursa olsun, bir fürsətini tapdığında
aldadar.Bu mütləqdir.
İndi nə olacaq?
Onunla
email ya da sms yolu ilə deyil, üz-üzə danışın. Ürəyinizdəkiləri,
hisslərinizi və düşüncələrinizi ona birbaşa deyin. Tamaşaçı həm
qeyri-kafi ünsiyyətə səbəb olar, həm də sizi böhrana salar. Özünüzü
ifadə etməyə gətirib çıxarar.
Özünüzü
evinizə və ya otağınıza bağlamaq yerinə çölə çıxın. Gəzin,
yoldaşlarınızla birlikdə olun və başınızı qatın. Onun sizə vurduğu zərbə
əslində öz şəxsiyyətinə vurduğu zərbədir. Onun üçün kədərlənməyə dəyməz. Bunu düşünün. Ağlamaq istəyirsinizsə ağlayın və açılın. Hamımız insanıq və hamımız zəifik.
Onu tamamilə unudun. O bir ləkəydi həyatınızda. Silin və yolunuza davam edin.Həyat davam edir...
Əgər sizin başınıza xəyanət və tərk edilmək gəlsəydi, siz nə edərdiniz?
/Mənbə:Qadınlar.biz/

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!