Eşq həmişə soyuq davrandı bizə

Eşq həmişə soyuq davrandı bizə
Sevgi Dünyası
10.09.2017 9

 Eşq, həmişə soyuq davrandı bizə.

 

Daha qovuşmaq sözü dilimizə düşmədən,

 

Ayrılığın soyuqluğuyla qucaqladı bizi.

 

Ayrılığı buzdan bir xəncər kimi ürəyimizə batırdı.

 

Eşq, həmişə soyuq davrandı bizə.

 

Qovuşmanın həyəcanını yaşaya bilmədən,

 

Ayrılığın soyuq küləkləriylə girdi aramıza.

 

İkimizi də fərqli dünyalara sovurdu.

 

Fərqli həyatlarda, fərqli rollar boynuna götürmək məcburiyyətində buraxdı.

 

Eşq, həmişə soyuq davrandı bizə.

 

Gülüşünün ardındakı soyuqluğu gizləyib,

 

Buz kəsiyi yaralar açdı ürəyimizə.

 

Baharı göstərmədən, soyuq və uzun qış gecələrində,

 

Təkliyə məhkum etdi bizi.

 

Eşq, həmişə soyuq davrandı bizə.

 

Sözləri boğazımızda düyünləyib,

 

Deyilə bilməmiş cümlələrin arasında boğdu bizi.

 

Səni sevirəm cümləsini qura bilmədən,

 

Ayrılığı öyrətdi bizə.

 

Eşq, həmişə zalım davrandı bizə.

 

 

Səni başqasına, məni təkliyə yar etdi...




 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!