Təzəlikcə ayrılmısınız, bəs indi?

Təzəlikcə ayrılmısınız, bəs indi?
Sevgi Dünyası
10.09.2017 10
 
Sevgilinlə ayrıldıqdan sonra özünə gəlmək üsulu əvvəllər çox sadə idi
– dondurma yemək. İndiki zəmanədə isə sənin taktikan texnoloji cəhətdən
düşünülmüş olmalıdır.
Bethany Heitman
Ayrılmaq hər zaman çətindir. Səni atıblar və ya sən onu tərk etmisən…
Bəzən fərqi yoxdur. Əslində, ağrı, miskinlik və hirs hiss edirsən və
bunlar hər dəfə təkrar olunur (təəssüflər). Müasir dövrdə ayrılığı
yaşamaq əvvəlki vaxtlara nisbətən daha çətindir. "Onun Potensialı Var”
kitabının müəlliflərindən biri, psixologiya doktoru, münasibətlər üzrə
terapevt Belisa Vranieh deyir: "Texnologiya böyük bir maneədir.
Facebook və Twitter unudub irəliləməyi, demək olar ki, mümkün qədər
çətinləşdirir, çünki hər gün və hətta hər saat keçmiş sevgilini sənə
xatırladır. Üstəlik, ünsiyyətə əsas verən mesajlaşma vasitələri şəxsi
faktoru qaldırır və ünsiyyəti asanlaşdırır, bu da öz növbəsində xeyli
dolaşıqlığa və qarışıq emosiyalara səbəb olur.
Bütün bunlara qarşı xüsusi tədbirlər görməsən, məsələ qəlizləşir”.
Biz mütəxəssislərdən kədərlə mübarizə aparan yeni işlənmiş qaydalar və
sənin həyatını yoluna qoyan vasitələr haqqında maraqlandıq.
QAYDA 1: Dərhal Onu Facebook-da Blok Siyahısına Sal
Keçmiş sevgilinin hər hansı bir gözəlçəni qucaqlayan şəklini görmək
sənin indiki kədərli halın üçün ən xoşagəlməz şeydir. Hətta dəhşətli
dərəcədə dərd çəkməsən belə, xırda xəbər və ya profil dəyişikliyi onun
haqqında daimi xatırlatma olaraq səni içindən yeyəcək. "Tərk etmə və ya
tərk edilmə zamanı çox emosional ola bilər və başını uca tuta bilmək
üçün ayrılma sakit keçməlidir”,
- "Ayrılma 2.0: Yeni Media Şəraitində Diskonnekt” kitabının müəllifi,
İndiana Universitetinin kommunikasiya və mədəniyyət üzrə baş müəllimi,
fəlsəfə doktoru İlana Gershon belə deyir.
"Bundan başqa, belə zamanda xırda şeylərə böyük əhəmiyyət verirsən –
məsələn, görürsən ki, o, gecə saat 2-də hələ də xətdədir, dərhal
nəticəyə gələ bilərsən ki, sənin dərdindən yatmır, halbuki sadəcə
kompüter arxasında oturub qalıb”. Münasibətləriniz mədəni tərzdə sona
çatıbsa (yəni o özünü axmaq kimi aparmayıb, xəyanət etməyib və s.), onu
dost siyahısından çıxartmaq həddindən artıq aqressivlik əlamətidir.
Bir də ki, bir neçə aydan sonra siz dost olmaq və yaxud, ən azından,
keçmişə xoş hisslərlə baxmaq istəyə bilərsiniz. Bunun əvəzinə, sadəcə
onu blok siyahısına sal ki, onun yenilikləri sənin səhifəndə
göstərilməsin. Sonradan, ona qarşı bu qədər emosional olmadığın zaman
onu yenidən blok siyahısından çıxara bilərsən.
DƏHŞƏT! Araşdırmalar göstərib ki, insanların 48%-i kimisə
mesaj vasitəsilə atıb. 34% insanın münasibətlərinə isə elektron-poçt
vasitəsilə son qoyulub.
QAYDA 2: Öz Statuslarına Diqqətlə Yanaş
Ağlaşma mərhələsi sona çatandan sonra, adətən, narazılıq fazası
başlayır. Bir şey alınmadığına görə hirslisən, indi daha yaxşı
yaşadığını və ya ən azı, həyatının normal şəkildə davam etdiyini ona
sübut etmək istəyirsən. Facebook və ya Google-çat kimi texnologiyalar
buna imkan yaradır. Amma onlara uymasan yaxşıdır.
Facebook-da "Axşamkı görüşü səbirsizliklə gözləyirəm” kimi mesajlar
yazmaq, yaxud təsadüfi bir yaraşıqlı ilə barda queaqlaşdığııı şəkli
prof’ilə qoymaq, əslində, əks-təsir ilə nəticələnə və səni irəliyə
getməkdən yayındıra bilər. "Başqaları ilə görüşdüyün və həyatının nə
dərəcədə maraqlı və işgüzar olduğunu nümayiş etdirməyin sayəsində ona
qarşı hisslərinin soyuduğunu düşünməklə, özünü çox asanca aldada
bilərsən”, – Vranich deyir. "Əgər sən hər addımın haqqında status
yazanda keçmiş sevgilinin və ya onun dostlarının buna fikir verməsinə
ümid edirsənsə, deməli, sən əslində özünü sadəcə keçmiş münasibətlərə
bağlayırsan”.
Vəziyyətdən çıxıb hansısa işlə məşğul olmaq əladır. Lakin bu iş FB
statuslarını yeniləmək üçün evə qaçmaq olmamalıdır. Üstəlik, belə xırda
və mənasız post-ların yazılması səni hələ uzun müddət xoşagəlməz
əhval-ruhiyyədə saxlayacaq. "Unutma ki, nə etdiyini bütün dostların və
hətta bəzi tanımadığın insanlar görə bilirlər”, – Gershon deyir.
"Ayrıl-man haqqında söz-söhbətin camaat tərəfindən saqqız kimi
çeynənməsinimi istəyirsən?”
Əlbəttə, bu sosial şəbəkələrdən tamamilə kənarda qalmaq da real deyil
(onların asılılıq yaratdığından xəbərin var?), amma öz yazdığına
nəzarət edə bilərsən. Odur ki, şəxsi məlumatları statuslarında əks
etdirmək vərdişindən yaxa qurtar.
"Tərk etmə və ya tərk edilmə çox emosional ola bilər, başını uca tuta bilmək üçün ayrılma sakit keçməlidir”
QAYDA 3: Nə Edirsən-Et, Amma Ona Mesaj Yazma
Sonunda, onun üçün darıxdığını hiss edə bilərsən, bu, adətən,
müddətli ayrılma vaxtı baş verir. Sonra ayrılma səbəbini unutmağa,
səbəbin ciddi olmadığını düşünməyə başlayacaqsan. Üstəlik, bu hisslər
sənin böyük səhv etməyinə səbəb ola bilər.
"Əvvəllər qızlar yalnız içkili olan zaman keçmiş sevgilisinə zəng
vurmaq fikrinə düşə bilərdi, lakin bu hərəkət xeyli cəsarət tələb edir,
çünki onun səsini eşidib nə isə deməlidir”, – klinika psixoloqu və
münasibətlər üzrə terapevt, fəlsəfə doktoru Dean Parker belə deyir.
"Mesajlara gəldikdə, onlar, demək olar ki, emosiya daşımır. Onun üçün
darıxır-sansa, bir-iki sətrlik mesaj yazmaq sənə çox asan gəlir, çünki
mesajlar bir o qədər də şəxsi iştirakını tələb etmir”.
Mesaj göndərmək fiziki cəhətdən asan olarkən, emosional durumla
mübarizə çətin olaraq qalır. "Təkcə sənin əhval ruhiyyən pozulmur, o da
hazır olmadığı halda sənə cavab yazmağa özünü məcbur bilir. Və onun sənə
cavab mesajı ehtiraslı olmasa məyus olacaqsan”, -Vraniclı deyir. Bundan
başqa, sms telefonunun yaddaşında qalacaq, sən onları dəfələrlə oxuyub
özünə əzab verəcəksən. Ona mesaj yazmaq istədiyin ən çətin anlar içkili
olduğun hallardır. Bunu bilərək əvvəlcədən ehtiyatlı ol.
Axşamdan telefonu dostuna ver. Mobil telefonun əl altında olmasa, onu
kimdənsə qaytarmağı xahiş edəcəksən, bu isə fikirləşmək üçün əlavə vaxt
deməkdir. Və yaxud telefonunda keçmiş sevgilinin adını "Ona Yazma” və
ya bu cür başqa sözlərlə əvəzlə. İçkili olduğun zaman hisslərin bunun
əksini desə belə, bu xatırlatma onunla əlaqə yaratmağına mane olacaq.
Əgər o sənə mesaj yazırsa, bu da vəziyyəti çətinləşdirir. Düzdür, sən
onu rədd etmək istəmirsən, lakin eyni zamanda, daha yaxın ünsiyyətə
qapı açmaq arzusunda da deyilsən. "Hərhalda, onun yazdığı mətn sənin nə
cavab verəcəyini müəyyənləşdirir, lakin əsas məsələ dostluq
münasibətlərini qoruyaraq, daha artığına imkan verməməkdir”, – Vranich
deyir. "Məsələn, "Səndən xəbər almağa şadam. Amma indi çox məşğulam, bir
azdan əlaqə saxlayaram” kimi sözlər yaz”. Beləcə, sən onu incitmədən,
xətrinə dəymədən hal-hazırda onun üçün vaxt ayıra bilmədiyini
bildirirsən. Sonra isə səni irəlidə gözləyən həyatın üzərində fikrini
cəmləşdirə bilərsən.
Sənin atılmış vəziyyətin yazıqlıqdan da pisdi, Əgər…

"Nə olar, nə olar qayıt…” Sözləri sənin üçün normal səslənir.
Şəhərin bütün şokolad mağazalarında səni yaxşı tanıyırlar.
Hər dəfə əl-ələ gəzən cütlük görəndə ağlamağa başlayırsan.
On gündür, iş yerində səni görmürlər
Heç cür onun yazıb soyuducunun üzərinə yapışdırdığı "Süd qalmayıb” yazısını ata bilmirsən.
Rəfiqələrinlə görüşmək istəyəndə, onlar həmişə məşğul olurlar.
Onun ətirlərinin eynisindən istifadə edən kişiləri, az qala, təqib edirsən.

Aygün Mustafayeva
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!