Səninlə olmaq sevgilim

Səninlə olmaq sevgilim
Sevgi Dünyası
10.09.2017 8
Sevdiyim...

Səninlə olmanın ən gözəl tərəfi nədir bilirsənmi?
Əlin əlimə dəymədən ovuclarımı tərlədən istiliyini taa içimdə hiss etmək.
Səninlə olmanın ən pis yanı nədir bilirsənmi?
'Səni sevirəm' sözü dilimin ucunu dişləyərkən hər danışmamızda
boş yerə saatlarla havadan- sudan danışmaq.
Səninlə olmanın ən həyəcanlı yanı nədir bilirsənmi?
Eyni şeyləri səninlə eyni anda düşünmək, birlikdə ağlamaq, gülmək.
Və yanında belə sən üçün dəlicəsinə darıxmaq.
Səninlə olmanın ən acı yanı nədir bilirsənmi?
Səni heç tanımadığım bir çox insanlarla paylaşmaq. Sənin yanında
olan, səninlə danışan hər kəsi uşaq kimi qısqanmaq.
Səninlə olmanın ən xoşbəxt yanı nədir bilirsənmi?
Tanış bəziləriylə qarşılaşma narahatlığı ilə yollarda getmək
yan-yana ... Əlimdəki çətirə inad yağışda islanmaq birlikdə.
Əlimdə qırmızı güllə səni gözləmək ... Oxşar məkanlarda eyni yeməkləri yemək.
Səninlə olmanın ən romantik yanı nədir bilirsənmi?
Sənsiz gecələrdə sənə deyə bilmədiklərimi ulduzlara, aya izah etmək ...
Oxuduğum kitabın səhifələrində, dinlədiyim mahnıların
şeirlərin hər misrasında səni tapmaq.
Səninlə olmanın ən çətin yanı ndir bilirsənmi?
Səni itirmə qorxusuyla həyatda ilk dəfə daddığım o tərifsiz
duyğularımı ümid dənizinin ortasında kürəksiz bir qayığa həbs etmək.
Sevgili yerinə illərcə dost qalmağı bacarmaq. Yalın ayaq getmək
bıçağın ən iti yerində. Qanadıqca duz yerinə gözyaşlarımı basmaq ürəyimə.
Səninlə olmanın tək yan təsiri nədir bilirsənmi?
Haradan biləcəksən?
Sən mənimlə heç olmadın ki. Olsaydın ovuclarım tərləməzdi ..
Dişləməzdim dilimin ucunu ... Darıxmazdım sənin üçün yanımdaykən. Qısqanmazdım.
Qorxmazdım yollarda getməkdən. İslanmazdım yağışlarda ...
Ulduzlara ,aya dərd yanmaz, hər mahnıda sərxoş olmazdım.
Qorxmazdım səni itirməkdən, ayaqlarım qan-rəvan atlanardım qayıqdan
dənizə ... Və hər dəqiqə bağırardım sən deyə...
Amma sən heç mənimlə olmadın ki ...
Ya ağlın başqa yerlərdəydi ya ürəyin...



/Mənbə:Qadınlar.biz/
 

  скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!