Sən düşürsən yadıma

Sən düşürsən yadıma
Sevgi Dünyası
10.09.2017 8
 Hərdən yadıma sən düşürsən.
Yenə tökülür ağaclardan yarpaqlar, solur güllər və yenə payız kəsir qapımı.
Sonra yağır yağış, batır günəş.
Kimsə görmür axır içimə səssiz külək.

Sonra fırtınalar baş qaldırır, səssiz, kimsə görmür mən bilirəm.



Yenə hərdən yadıma sən düşürsən.
 
Toplanır xatirələr, yenə göz yaşı, yenə kədər, qəm.
Sonra yollar uzanır mən getdikcə.
Yorğun addımlar ayaqlarımı kəsir.
Sanki zəncirlər bağlanıbmış kimi.
Yenə hirs, yenə qəzəb.
Yenə üsyanlar baş qaldırır içimdə, yenə susduracaq iradəm.

Kimsə bilmir mən bilirəm.



Sonra yadıma yenə düşən sən.
 
Yenə xatirəmdən silinməyən izlərin.
Yenə heyiflər, yenə ümidlər, sonra yenə öldürülən həvəs, bəs!
Artıq bitsin artıq. Çıxsın qoy günəş. Parlasın ulduzlar ancaq gecələr.
Yenə bir sabah açılsın. Unudum səni, özümü. Unudum bizi və gedim.

Tək olum bir gün heç olmasa. 



Sayı artdıqca sonraların, ardı-arsı kəsiləmədən sənsizliyin qoxusu bir az daha yaxınlaşacaq burnuma.
 
Bir az daha hiss edəcəm yoxluğun nəfəsini və bir az daha qırılacaq ümidlərimin qanadı.

Bir gün göz açdığımda həyata sənsizliyə göz yummalı olacağımı gün üçün yuxuya getmək istəyirəm. Amma..



Sonra bir sabah yenə sən. Yenə qayıdacam başa bilirəm.
 
Nəisə unutdum! Necə unutmusan sən. Yenə sən, sən və yalnız mən.
Bitməyən hissin sonu kimi. Yenə biz, biz ikimiz.
Sağollaşaq ,bu gecəlik mən yatım. Sabah oyanınca qonağım olacaqsan yenə sən. Bilirəm...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!