Get külək, al gətir onu

Get külək, al gətir onu
Sevgi Dünyası
10.09.2017 23
Bəzən içinə atdıqları gəmirir insanı. 
Ya həyatına heç almayacaqsan, ya da sildinmi zərrə qədər iz buraxmayacaqsan. 
Yoxsa gecənin bir yarısı elə bir sızladar ki, içini dünya başına dönər. 
Yenə hüzn gəldi gecəyə. 
Səhər getdikcə uzaqlaşır məndən. O, da sevmir məni hər kəs kimi. 
Təklik ağızda çoxalan dadsız loxma, nə uda bilirəm nə də ata bilirəm. 
Adı həsrət, sızıldanısı sonsuz, yatağım onsuz... 
Titrək bir iç çəkişi hakim bədənimə, onsuz olmayacaq bilirəm. 
Divarlar üzərimə gəlir, daralır ruhum. Əcəl gəlsə əyəcəyəm boyumu önünə. 
Gözlərimi bağlamaq keçir içimdən sonsuz bir yuxuya, yatmaq, yatmaq... və bir daha oyanmamaq... 
Nə gözəl bir vüsat deyilmi? Ölüm deyilən məchul sondur. 
Amma bilirəm ki, hər iki dünyada da olmayacaq yanımda. 
Ey fani külək. Niyə bu qədər mərhəmətsizcə vurursan pəncərəmə. Səndə intiqam alırsan məndən öz ağlına görə. 
Halbuki mənim gözlərim səndə deyil, həmişə aralı buraxdığım qapımda. 
O gələcək, siləcək ölüm səssizliyini otağımdan. 
Çıx get indi, döyünmə dəli-dəli, insafsızca vurma özünü oradan oraya. Təkliyimi də götür get buralardan... 
Gizli bir məktub yerləşdirim cibinə. Get onun qapısını döy yavaşca. Göz yaşlarımı götür. O, yağışı çox sevər bilirəm. Pəncərəsindən sız içəri. Bir su kimi ovuclasın məni , əllərindən ürəyinə sızım ... 
Yatağım onsuz, gecə sonsuz... 
Silahım gülləsiz, 
Sobam odunsuz...
/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!