Bir xəyanətin anatomiyası

Bir xəyanətin anatomiyası
Sevgi Dünyası
10.09.2017 27
-Bilirəm.
Sözə belə başlamışdı. Bir az əsəbi idi. Hərçənd o isti, o yarpağın tərpənmədiyi, o günəşli gündə kim əsəbi olmazdı ki? O yaşananların üstünə, kim fərqli bir reaksiya verə bilərdi ki?
İsti idi…
Masaya doğru yönəldi. Masadakı qutudan bir salfetka götürdü, alınını və qaşlarının arasından gözlərinə doğru süzülən təri sildi. Ona döndü. Bir şey demədən masanın üzərindəki siqaret paketinə uzandı. İçindən bir siqaret çıxarıb yandırdı. Daha nəfəsi vermədən, ağızından tüstülər çıxararaq danışmağa başladı:
-Tamı tamına üç  ay… Hər axşam onunla, hər səhər onunla birlikdə idin. Bunu edərkən heçmi vicdanın sızlamadı? Bunu başqasından eşitmək də ayrı bir alçaqlıq.
Başqası, məndim. Məndən eşitdiyi də qız yoldaşının xəyanəti idi. Eşitmək məcburiyyətində idi, eşitdirmək məcburiyyətindəydim. Hər keçən gün aldatdığı kişi yoldaşını bir az daha unudur, hər keçən gün yeni sevgilisinə bir az daha bağlanır və hər keçən gün bir az daha yeni sevgilisinə aid olurdu. Aldatdığı adamı tanışım olduğunu bilir, buna baxmayaraq davam edirdi. Fürsətdən istifadə edib etdiyim söhbətlər də nəticə vermirdi. "Mən…" deyirdi, "Mən yenidən aşiq oluram." deyə davam edirdi. Deyiləcək çox bir söz qalmamışdı. Səkkiz illik bir əlaqəsini "Yenidən aşiq oluram." səbəbi ilə bitirən bir qadın, demək ki, bu səkkiz il içində eşqi unutmuşdu. Ya da biri ona eşqi unutdurmuşdu.
Unutmaq… Bəli, açar söz məncə budur. Çünki ağrısıyla, sevinci  ilə  keçirilən səkkiz illik bir əlaqəni bu qədər asan bitirə bilmənin, bir başqasını arzulamanın, bir başqasına aid olmanın tək yolu bu olmalı idi.  Bu nöqtədən sonra xatırlatmanın bir mənas da olmayacaqdı. Çünki unudulmaqdan daha pis bir şey varsa o da xatırlanmaq idi. Daha doğrusu xatırlatmaq idi. O an qarşımda gördüyüm səhnə də bundan fərqli deyildi. Bir tərəfdə qız yoldaşından hesab soruşan, xəyanətə uğrayan biri, digər tərəfdə də kişi yoldaşını aldatdığı üçün utanan, amma bir o qədər də peşmanlıq hiss etməyən bir qız…
Düşünürəm ki, xəyanət qadağan olunmuş bir alma idi…
/Mənbə: Qadınlar.bizскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!