Unutdun!

Unutdun!
Sevgi Dünyası
10.09.2017 36
Yaşamağı öyrətmişdin sən mənə,

Söylə niyə yaşamağı unutdun?

Sevilməyi öyrətmişdin sən mənə,

Söylə niyə sevdiyini unutdun?



Dəyişmərəm dedin səni heçnəyə,

Sənin kimi bağlanmadım kimsəyə,

Düşünmədən inanmışdım hər şeyə,

Söylə niyə sözlərini unutdun?



Üzüm gülür sən yanımda olanda,

Qəlbim atır hər üzümə baxanda,

Gül deyirdin gözümdən yaş axanda,

Söylə niyə sən gülməyi unutdun?



Çox deyirdin yaşlanıb qocalsam da,

Dəniz olub səndən uzaq qalsam da.

Unutmaram! Sən məni unutsan da,

Söylə niyə sən də məni unutdun?
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!