Yalançı

Yalançı
Sevgi Dünyası
10.09.2017 9
 

İnanmışdım sözlərinə,

Qəlbindəki gözlərinə,

Dünya qopsa, gözlərinə

Görünmərəm ay yalançı!



Qoy əzablar mənim olsun,

Sevgi sənə qənim olsun,

Sözün imdad günün olsun,

Bürünmərəm ay yalançı!



Mən sənə inandım,

Başına dolandım,

Hər sözünə qandım

Nə biləydim yalançı?!




Elə bildim bağlı dilin,

Məni oda saldı dilim,

Sənsiz qalan ilk eşqimin,

Düşməniyəm, ay yalançı!



And içirdin sübh çağına,

Eşqimizin  çırağına,

Lap Tanrı olacağına,

Sürünmərəm, ay yalançı!!!





скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!