Səndən xəbərsiz

Səndən xəbərsiz
Sevgi Dünyası
10.09.2017 39
Səni sevdim, səndən xəbərsiz
Eşqimin şahidi sahil, dəniz
Sənli xatirələrim kövrək, əziz
Mən səndən xəbərsiz, sən məndən xəbərsiz

Sənə çox baxmışam oğrun-oğrun
Axşamlar dərsdən qayıdanda biz
İndi ruhum uçur sənə doğru
Mən səndən xəbərsiz, sən məndən xəbərsiz

İlk görüş yerimizə gəlmişəm
Səninlə birlikdəyəm, səndən xəbərsiz
Bilsəydin elə sənsizləmişəm, elə qəribsəmişəm
Mən səndən xəbərsiz, sən məndən xəbərsiz

Sən gələn yollara dikilib gözüm
Danışmayır dilim, gülməyir üzüm
Daha hicranına qalmayıb dözüm
Mən səndən xəbərsiz, sən məndən xəbərsiz

Keçməyib sevgim qəmsiz, kədərsiz
Qayıt ömrümə səssiz-səmirsiz
Ağarıb saçlarım vaxtsız-vədəsız
Mən səndən xəbərsiz, sən məndən xəbərsiz

Gözümdə qaldı arzum, diləyim
Fikirdən ağrı tapdı ürəyim
Xəyala dönüb səni görməyim
Mən səndən xəbərsiz, sən məndən xəbərsiz
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!