Əl çək!

Əl çək!
Sevgi Dünyası
10.09.2017 57
Əl çək!



Hər səhər ovutmağa səni, məndə həvəs yox.
Tərki-nəfəs ol qurtar, daha təngi-nəfəs yox.
Səninlə mən öləcəm, çox sevdiyin o kəs yox.
Min dəfə sancsan belə, bir dəfə bilməyəcək.
Daha bezdirmə məni, əl çək ürəyim, əl çək.


Gündüzləri susursan, gecələr danışırsan.
Yerli-yersiz nə yaman işimə qarışırsan,
Qanı tez-tez qovmaqla, de nəyə çalışırsan.
Küsüb gedəcək o da, qayıdıb gəlməyəcək.
Ayrıl qara sevdadan əl çək ürəyim əl çək.


Gah çırpınıb deyirsən "İntiqam al, acım çox".
Sonra peşman olursan, deyirsən ki, öcüm yox.
Bir dəfəlik qərar ver, mənim daha gücüm yox.
Bu eşqi körpə ikən boğmasan ölməyəcək.
Qanla əmizdirməkdən bu sevgini gəl əl çək.


Ey özgəyçün döyünən, sən ürəyim deyilsən.
İşimi pozanımsan, sən köməyim deyilsən.
"Susaram"la qorxutma, SUS!!! Gərəyim deyilsən.
Mənim olmamağımla  dünya düzəlməyəcək.
Razıyam "sus" döyünmə, əl çək ürəyim, əl çək.
Müəllif: Elnur Kəlbizadəскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!