Romantik bir anı məhv etmənin 10 yolu

Romantik bir anı məhv etmənin 10 yolu
Sevgi Dünyası
10.09.2017 10
Super romantik bir sevgili olmaq məcburiyyətində deyilsiniz. Amma zamanla yaranan kiçik romantik anları məhv etməyə də haqqınız yoxdur!

Sevgilinizlə tam romantik bir an yaxalamaq üzrəsiniz, amma o baş bəlası olan diliniz var haaaaaaa…  Heç cür özünüzü tuta bilmədiniz və ağızınızdan bütün romantikanı pozacaq axmaq bir söz çıxdı… Ya da əlinizə, qolunuza hakim ola bilmədiniz və qəribə bir hərəkət etdiniz. Yenə getdi romantika !

Romantik anları məhv etməmək üçün edə biləcəkləriniz var, unutmayın! Daha doğrusu etməməniz lazım olanlar…

Qızlar, bunların hamısı təcrübələnmiş vəziyyətlərdir … Oxuyaq, öyrənək, və diqqət yetirək!



1)Göz gözə gəldiyinizdə "Gözlərin nə qədər atama bənzəyir" demək qədər axmaq bir vəziyyət yarana bilməz. Sevgilinizlə əlaqənizin içinə ata-qız əlaqəsi qarışdıraraq mühiti buzzzz kimi etmənin nə mənası  var!

2)Sizə birlikdə yeməyə getməyi təklif etdiyində "Möcüzə bir fikirdir sevgilim!" demək yerinə, "Razılaşdıq dostum!" kimi ‘dost' cümləsi istifadə etmək , romantikanı məhv etməyə çata bilər.

3)Sevişməyə hazırlaşarkən, onu çılpaq gördüyünüzdə "Əzələlərin südlü paxlavaya dönüb" deyərək ona lağ etmək nə hərəkətdir? :))

4)Sizə sarılıb, üzünüzü oxşayırkən, "Elə etmə, qaşındırırsan!" deyə reaksiya vermənizlə işin rəngi dəyişə bilər.

5)Xüsusi bir gündə ya da içindən gəldiyi üçün hər hansı bir gündə sizə bir hədiyyə aldığında, paketin içində dəyişdirmə kartı olub olmadığını soruşmanın yeri yoxdur.

6)Sizə qarşı sevgisini ifadə edən sözlər deyərkən ya da sizə yazdığı bir şeiri oxuyarkən əsnəmək ya da gülməkdən daha böyük bir zərbə yeyə bilməz romantika!

7)Romantik bir axşam yeməyinə gedərkən böyük bir ciddiyətlə ona dönüb, "İşıqları söndürdün?", "Şüşələr açıq qalmadı inşallah!" kimi xəbərdar edici və romantik havanı pozucu cümlələr sərf etmək, ən böyük səhvlərdən biridir.

8)Sizə bir hədiyyə aldığında, sizi bir yerə aparmaq istədiyində nə gözəl bir şey etdiyini düşünmək yerinə "Kim bilər buna nə qədər pul verdin?" deməyin.

9)Qarşılıqlı bir neçə qədəh bir şeylər içirkən "Mədəm bulandı, qusacağam yəqin" demək ya da hər romantik anda bir sağlamlıq problemindən şikayət etmək romantikanı öldürər.

10)Sevgiliniz romantikanın ən yüksək səviyyəsindəykən uşaq səsiylə danışma ya da onu bir uşağı sevərmiş kimi sevmə davranışı sərgiləyərək mühiti məhv etməyin!



/Mənbə:Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!