Ağla gözlərim

Ağla gözlərim
Sevgi Dünyası
10.09.2017 16
Bu dərdin qoynuna özün atıldın,
Bəs niyə günəş tək birdən tutuldun?
Sən gördün, sən sevdin, sən aldadıldın.
İndi peşimansan ağla, gözlərim...
Ağla gözlərim
Fəryadım hər sözə kiriyən deyil, 
Qəlbimdə yer salıb yeriyən deyil. 
Kədərim gülüşlə əriyən deyil,
Ümidsiz gümansan, ağla gözlərim...
Ağla gözlərim
Hərdən bulud kimi boşaldın, doldun
Qəmli baxışınla yollarda qaldın.
Sevdin, sevdiyinə peşiman oldun,
İndi ah-amansan, ağla gözlərim...
Axıb gilə-gilə durulacaqsan,
Yollara baxmaqdan yorulacaqsan.
Ağlaya-ağlaya kor olacaqsan,
Qara bir dumansan, ağla gözlərim...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!